مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 275Ayağa məsh çəkmək

Məsh yerinin quru olması

Məsələ 275: Dəstəmaz üzvlərinin arasında yalnız məsh yeri quru olmalıdır. Digər üzvlərin quru olması lazım deyildir. Əlbəttə əgər məsh yerində azca nəmlik olarsa və məsh zamanı əlin suyu üstünlük təşkil edərsə, bunun eybi yoxdur.

مسئله شماره 276Ayağa məsh çəkmək

Əlin suyu çatmazsa

Məsələ 276: Əgər əldəki rütubət qurusa, onu başqa üzvlərdəki dəstəmaz suyu ilə isladıb məsh çəkmək olar. Amma kənar su ilə bu işi görmək olmaz. Əgər əldəki rütubət yalnız başa məsh çəkməyə bəs edirsə, başa məsh çəkdikdən sonra ayaqlara məsh çəkmək üçün digər üzvlərdən rütubət almaq olar.

مسئله شماره 277Ayağa məsh çəkmək

Corab və ayaqqabının üzərinə məsh

Məsələ 277: Məsh ayağın dərisinə çəkilməlidir. Corabın və ya ayaqqabının üzərindən məsh çəkmək olmaz. Amma təqiyyə halında, soyuqdan və ya oğurluq qorxusundan corab və ayaqqabını çıxarmaq mümkün olmadıqda onların üzərindən məsh çəkmək olar. Ayaqqabının üzəri murdar olarsa onun üzərinə bir şey atıb onun üzərinə məsh çəkmək olar.

مسئله شماره 278Ayağa məsh çəkmək

Nəcis ayağa necə məsh çəkmək olar

Məsələ 278: Ayağın üzü murdar olduqda və onu suya çəkmək mümkün olmadıqda, vacib ehtiyata əsasən, onun üzərinə pak bir şey qoyub həmin şeyin üzərində məsh çəkmək və sonradan təyəmmüm etmək lazımdır.

مسئله شماره 279İrtimasi dəstəmaz

İrtimasi dəstəmaz nə deməkdir

Məsələ 279: İnsan dəstəmaz almaq məqsədi ilə üzünü və qollarını suya batıra bilər. Üzü və qolları suya batırdıqdan sonra dəstəmaz niyyəti ilə onları sudan çıxartmaq da mümkündür. Belə bir dəstəmaz “irtimasi” dəstəmaz adlanır.

مسئله شماره 289Üçüncü şərt, dəstəmaz alınan suyun və yerin mubah olması

Məscidin, huseyniyyənin, müsafirxanaların suyu ilə dəstəmaz

Məsələ 289: Bir şəxs məscid və hüseyniyyədə namaz qılmaq istəmirsə, oradakı suyun ümumi vəqf olduğunu, yoxsa yalnız namaz qılanlar üçün nəzərdə tutulmasını bilmədiyi halda həmin su ilə dəstəmaz ala bilməz. Ticarət binası və mehmanxanadakı suyun oranın sakinləri üçün nəzərdə tutulub-tutulmadığı bilinmirsə, orada dəstəmaz almaq olmaz. Amma dindarların adətən orada dəstəmaz almasından həmin yerin vəqf olduğu qənaəti yaranarsa, dəstəmaz almaq olar.

مسئله شماره 291Üçüncü şərt, dəstəmaz alınan suyun və yerin mubah olması

Böyük və kiçik çaylarda alınan dəstəmaz

Məsələ 291: Həm böyük, həm də kiçik arxlarda dəstəmaz almaq olar. İnsan arx sahibinin razı olub-olmadığını bilməsə eybi yoxdur. Amma arx sahibi qəti şəkildə orada dəstəmaz alınmasını qadağan edərsə, vacib ehtiyata əsasən, bu işdən çəkinmək lazımdır. Əgər bir arxın məcrası onun sahibindən icazəsiz dəyişdirilmişdirsə, orada vacib ehtiyata əsasən dəstəmaz almamaq yaxşıdır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی