Məscid xalçasını murdarlamaq
Məsələ 829: Məscidin xalçasını da murdarlamaq haramdır. Əgər xalça murdarlanarsa, onu paklamaq lazımdır. Bu işin xərci olsa xalçanı murdarlamış şəxs zamindir. (Vacib ehtiyata əsasən.)
Məsələ 829: Məscidin xalçasını da murdarlamaq haramdır. Əgər xalça murdarlanarsa, onu paklamaq lazımdır. Bu işin xərci olsa xalçanı murdarlamış şəxs zamindir. (Vacib ehtiyata əsasən.)
Məsələ 830: Məscidə qan və sidik kimi murdar şeylər daxil etmək haramdır. Vacib ehtiyata əsasən, bu iş hörmətsizlik sayılmasa belə yol verilməzdir. Amma bir şəxsin libasında və ya bədənində, eləcə də bir körpənin libasından məscidə daxil edilən cüzi murdarlığın eybi yoxdur. Amma murdarlanmış bir şeyi (Məsələn, libası) hörmətsizlik sayılmayacağı halda, eləcə də məscidin bulaşmasına səbəb olmadığı təqdirdə məscidə daxil etmək haram deyil .
Məsələ 1107: Əgər bir şəxs namazın bir neçə səcdəsini unudarsa namazdan sonra onların qəzasını yerinə yetirməlidir. (Əlbəttə ki, bir rəkətin iki səcdəsini yaddan çıxarmaq namazı batil edir.) Təşəhhüd yaddan çıxdıqda namazdan sonra dərhal onun qəzasını yerinə yetirmək lazımdır. Yaddan çıxmış səcdə və təşəhhüdün qəzasından əlavə onların hər biri üçün vacib ehtiyata əsasən, iki səcdeyi-səhv yerinə yetirilir. (Öncə deyildiyi kimi, səcdeyi-səhvin təşəhhüdü yaddan çıxmış təşəhhüd üçün bəs edir.)
Məsələ 1108: Yaddan çıxmış səcdə və təşəhhüdün qəzasını yerinə yetirərkən namazın təharət, qiblə və başqa şərtləri ödənməlidir. Bu qəzalar namazdan dərhal sonra yerinə yetirilir. Yaddan çıxmış təşəhhüd üçün salam da verməlidir.
Məsələ 1109: Əgər bir səcdə və təşəhhüd yaddan çıxmışsa, vacib ehtiyat budur ki, hansını əvvəl unudubsa onun da qəzasını birinci yerinə yetirsin. Əgər hansı birini öncə unutduğunu bilməsə, vacib ehtiyat budur ki, əvvəlcə bir səcdə və bir təşəhhüdün qəzasını, sonra bir təşəhhüd və bir səcdənin qəzasını yerinə yetirsin. Beləliklə unutduğu səcdə və təşəhhüdü yaddan çıxardiği tərtiblə qəza etməsinə yəqin etsin.
Məsələ 1110: Əgər namazdan sonra onun formasını pozan və ya onu batil edən bir iş görərsə (məsələn, qiblədən çıxarsa) səcdə və təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra vacib ehtiyata əsasən, namazını təzələməlidir. Əgər səcdeyi-səhvə səbəb olan bir iş görərsə, səcdə və təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra, vacib ehtiyat budur ki, səcdeyi-səhv yerinə yetirsin.
Məsələ 1111: Əgər şəkk yaranarsa ki, səcdə və ya təşəhhüd unudulub, yoxsa yox, onların qəzasını yerinə yetirmək vacib deyil. Əgər birini unutduğuna əmindirsə və hansı birini unutduğunu bilmirsə, hər ikisinin qəzasını yerinə yetirməlidir. İstənilən birinin qəzasını əvvəlcə yerinə yetirə bilər.
Məsələ 1112: Əgər səcdə və ya təşəhhüdün qəzasından əlavə səcdeyi-səhv yerinə yetirməlidirsə, namazdan sonra əvvəlcə səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirməli, sonra səcdeyi-səhv etməlidir.(Təşəhhüd barəsində təkcə səcdeyi səhv etmək bəs edər.Təşəhhüd səcdeyi səhv isə yaddan çıxmış təşəhhüdən kifayət edər).
Məsələ 1115: Əgər bir şəxs bilərəkdən namazın vacib hissə və şərtlərini artırıb-əskildərsə, namazı batildir. Məsələni bilmədiyindən rüknlərdə dəyişiklik edərsə namaz batil olur. Dəyişiklik rükndən olmazsa namaz düzgündür. Bir şərtlə ki, həmin şəxs məsələni öyrənmək imkanına malik olmasın. (“Cahili-qasir”)
Məsələ 1116: Əgər bilmədən namazın hər hansı hissə və ya şərti artırılıb-əskildilərsə, bu dəyişiklik rükndə baş verdikdə namaz batildir. Əgər dəyişilən rükn deyilsə, namaz düzgündür. Dəstəmaz və qüsl kimi şərtlər yerinə yetirilməzsə namaz batildir və bunun bilərəkdən, ya səhvən baş verməsinin fərqi yoxdur.
Məsələ 1117: Əgər namazın salamından öncə xatırlayarsa ki, namazın sonunda bir rəkət və ya daha artıq qılmayıb, onu yerinə yetirməlidir. Bu halda namazı düzgündür. Əgər namazın salamından sonra xatırlayarsa, bilərəkdən və ya səhvən namazı pozan bir iş görərsə (məsələn, qiblədən çıxarsa) namazı batildir. Namazı batil edən bir iş görməzsə, dərhal yaddan çıxmış rəkəti yerinə yetirir və namazı düzgündür. Vacib ehtiyat budur ki, yersiz salama görə səcdeyi-səhv də etsin.
Məsələ 1118: Əgər namazı vaxtından öncə və ya arxası qibləyə qıldığını bilərsə, onu təzələməlidir. Əgər namazın vaxtı keçərsə onun qəzasını yerinə yetirməlidir. Amma bilmədən namazı sağ və ya sol tərəfə dayanaraq qılarsa namaz batil deyil.