Arvadı üçün aldığı paltar, qiymətli əşyalar və s.
Məsələ 2405: Ərin öz zövcəsi üçün aldığı libaslar, zinət əşyaları və bu kimi şeylər zövcənin malıdır. Bir şərtlə ki, yalnız bəzənmə məqsədi ilə alındığı sübuta yetməsin.
Məsələ 2405: Ərin öz zövcəsi üçün aldığı libaslar, zinət əşyaları və bu kimi şeylər zövcənin malıdır. Bir şərtlə ki, yalnız bəzənmə məqsədi ilə alındığı sübuta yetməsin.
Məsələ 2353: Əgər meyitin öz əmisi, bibisi, dayısı və xalası, eləcə də onların övladları olmazsa, növbə meyitin ata-anasının əmisi, bibisi, dayısı və xalasına çatır. Onlar olmadıqda irs övladlarına verilər; övladlar da olmasa baba və nənənin əmisi, bibisi, dayısı və xalasına irs çatır; onlar da olmadıqda irs övladlarına verilir.
Məsələ 2406: Kişi dünyasını dəyişdikdə onun Qur’anı, üzüyü, qılıncı, libası (geydiyi və ya geymək üçün hazır saxladığı libas) böyük oğulun malıdır. Əgər meyit sadalanan şeylərdən ikisinə malik olmuşsa (məsələn, iki üzük) onların hər birindən istifadə etdiyi halda hamısı böyük oğula çatır.
Məsələ 2407: Meyitin borcu olsa və bu borc mal qədərində və ya maldan artıq həddə çatsa, yuxarıda adı çəkilən dörd şey böyük oğula verilmir, satılıb borcların ödənməsinə xərclənilir. Amma mal borcdan çox olarsa və borcu ödədikdən sonra vərəsələr üçün kifayət qədər mal qalarsa, həmin dörd şey böyük oğula çatır.
Məsələ 2408: Müsəlman kafirdən irs götürür, kafir meyitin atası və ya oğlu olsa da, müsəlmandan irs götürmür.
Məsələ 2409: Bir şəxs öz yaxın qohumlarından birini bilərəkdən və ya bilmədən öldürsə, ondan irs payı almır. Amma bilmədən öldürərsə, irs götürər. Məsələn, havaya atdığı vaxt təsadüfən həmin şəxsə dəyib öldürərsə, meyitdən irs payı çatır. Bu halda ehtiyata əsasən qətlin diyəsindən həmin şəxsə pay düşmür.
Məsələ 2410: Əgər meyitdən ana bətnində övlad qalarsa, eyni vaxtda övlad, ata və ana kimi varislər olarsa, irs bölərkən bətndəki körpə üçün iki oğlan övladının payı ayrılmalıdır. Dünyaya diri gəlsə irs ona çatdırılır. Bir oğlan və ya bir qız doğulsa, artıq qalan pay vərəsələr arasında bölünür. Əgər onunla birlikdə başqa varis olmazsa, sağ-salamat doğulduqda bütün mal ona çatır. Əks təqdirdə irs varislər arasında bölünür.
Məsələ 2411: Düşmənin İslam məmləkətləri və onların sərhəddinə hücumu müqabilində müsəlmanların müdafiəyə (difaya) qalxması vacibdir. Difada insanın hücum edilən məmləkətdə yaşaması şərt deyil. Əcnəbilərin İslam məmləkətlərinə və İslami müqəddəsliklərə hücumu qarşısında bütün dünya müsəlmanlarının bir-birini müdafiə etməsi zəruridir. Müsəlmanlar malları, canları, istənilən bir vasitə ilə müdafiəyə qalxmalıdırlar. Bu işdə şər’i hakimin icazəsinə ehtiyac yoxdur. Amma müdafiə proqramlarının nizamlı şəkildə həyata keçməsi üçün şər’i hakimin nəzarəti altında imkan daxilində agah və e’tibarlı komandan tə’yin olunmalıdır.
Məsələ 2412: Əgər müsəlmanlar əcnəbilərin bilavasitə və ya daxili amillər vasitəsi ilə İslam məmləkətinə hücumundan ehtiyatlansalar bütün mükəlləflərə vacibdir ki,istənilən bir vasitə ilə bu hücum qarşısında dayanıb İslam məmləkətini müdafiə etsinlər.
Məsələ 2413: Biganələrin siyasi, iqtisadi nüfuzlarını genişləndirməklə İslam məmləkətinə hakim olacaqlarına qorxu yaransa, bu nüfuzun qarşısını almaq hamı üçün vacibdir. Qeyri-İslami dövlətlərlə yaradılan siyasi rabitələr müsəlmanların zəifləməsinə və əsarətinə səbəb olmamalıdır. Bu rabitələr sayəsində qeyri-İslami məmləkətlərdən iqtisadi asılı vəsiyyətə düşmək yol verilməzdir.
Məsələ 2414: Əmr be mə’ruf və nəhy əz münkər bütün ağıllı, büluğ həddinə çatmış şəxslərə müəyyən şərtlər daxilində vacibdir:1. Əmr be mə’ruf və nəhy əz münkər etmək istəyən əmin olmalıdır ki, qarşı tərəf haram işlə məşğuldur və ya vacibi tərk etmişdir:2. Əmr və qadağanın tə’sirli olacağı ehtimal edilməlidir. Bu tə’sir dərhal və ya tədrici, kamil və ya naqis ola bilər. Tə’sir ehtimalı olmadıqda bu iş vacib olmur;3. Əmr və qadağada fəsad və zərər olmamalıdır; insan bilsə və ya qorxsa ki, onun əmr və qadağası onun özünün və ya mö’minlərin canına, malına və şəxsiyyətinə ciddi zərər vura bilər, bu iş vacib olmur. Amma əmr və qadağa müqəddəs İslam şəriətinin ciddi əhəmiyyət verdiyi işlərdən olsa (məsələn, İslam və Quranın, İslam məmləkətlərinin istiqlalının qorunması) zərərə baxmadan, candan və maldan keçməklə bu vəzifə yerinə yetirilməlidir.
Məsələ 2415: İslamda bid’ət yaransa (zalım dövlətlərin İslam adı ilə gördüyü çirkin işlər kimi) hər bir şəxsə, xüsusi ilə din alimlərinə vacibdir ki, haqqı deyib, batili inkar etsinlər. Din alimlərinin sükutu elm və İslam alimlərinə sui-zənnə səbəb olarsa, istənilən bir şəkildə haqqı bəyan etmək vacibdir. Bunun tə’sirsiz qalacağı bilinsə də, addım atılmalıdır.