Övladı olmayan mərhumə zövcədən ərə çatan irs
Məsələ 2395: Əgər daimi zövcə dünyadan köçərsə və onun övladı olmazsa, malının yarısı ərinə çatır, qalan hissə o biri vərəsələrə verilir. Əgər həmin ərdən və ya başqa bir ərdən övladı varsa, bütün malın dörddə biri ərə verilir, qalan hissə varislərə çatdırılır.