Varislər ata ya da ana ilə oğul və qız olarsa
Məsələ 2360: Əgər meyitin varisi yalnız ata, ya da oğul və qızla ana olsa, mal altı hissəyə bölünür, bir pay ata və ana götürür, qalan beş pay oğula iki, qıza bir pay verməklə bölünür.
Məsələ 2360: Əgər meyitin varisi yalnız ata, ya da oğul və qızla ana olsa, mal altı hissəyə bölünür, bir pay ata və ana götürür, qalan beş pay oğula iki, qıza bir pay verməklə bölünür.
Məsələ 2361: Əgər meyitin varisi yalnız ata və bir qız, ya ana və bir qız olarsa, mal dörd hissəyə bölünür, bir pay ata və ya anaya, üç pay qıza verilir.
Məsələ 2362: Əgər meyitin varisi ata və bir neçə qız, ya da ana və bir neçə qız olarsa, mal beş hissəyə bölünür, bir pay ata və ya anaya düşür, qalan dörd pay qızlar arasında bərabər bölünür.
Məsələ 2363: Əgər meyitin övladı olmasa onun oğul nəvəsi (nəvə qız olsa belə) meyitin oğluna düşəcək payı götürür. Qız nəvəyə isə (nəvə oğlan olsa belə) meyitin qızının payı verilir.
Məsələ 2364: Meyitdən qohumluq vasitəsi ilə irs götürən ikinci qrupa baba, nənə, qardaş və bacı daxildir. Meyitin qardaşı və bacısı olmasa, övladları onların payını alır. Bu qrupa o zaman irs düşür ki, əvvəlki qrupdan kimsə olmasın.
Məsələ 2365: Əgər varis bir qardaş və ya bir bacı olsa, bütün mal ona çatır. Əgər varis ata-anadanbir bir neçə qardaş və ya bir neçə bacısa, bütün mal onlar arasında bərabər bölünür. Əgər ata-anadanbir həm qardaş, həm də bacı olsa, hər qardaşa bacılara münasibətdə iki pay verilir.
Məsələ 2366: Ata-anadanbir qardaş və bacı olduqda yalnız atadanbir qardaş və bacıya irs çatmır. Amma ata-anadanbir qardaş və bacı olmadıqda atadanbir bir bacı və ya bir qardaş olarsa, bütün irs ona çatar. Əgər atadanbir qardaş və ya bacı bir neçə nəfərsə, mal onlar arasında bərabər bölünür. Əgər atadanbir qardaşla yanaşı atadanbir bacı da varsa, qardaş bacıya münasibətdə iki pay götürür.
Məsələ 2367: Əgər varis yalnız anadanbir bir bacı və ya bir qardaş olsa, ata tərəfdən meyitdən ayrı olan bu adamlar bütün mala sahib olur. Əgər anadanbir bir neçə qardaş və ya bir neçə bacı varsa, ya bir neçə qardaş və bacı varsa, istənilən halda mal onlar arasında bərabər bölünür.
Məsələ 2368: Əgər varis ata-anadanbir qardaş və bacı, atadanbir qardaş və bacı, anadanbir bir qardaş və bir bacı olarsa, atadanbir qardaş və bacıya irs çatmır. Mal altı hissəyə bölünür, bir pay anadanbir qardaş və ya bacıya, qalan hissə ata-anadanbir qardaş və bacıya verilir. Qardaşlar bacıya münasibətdə iki pay götürür. Amma anadanbir qardaş və ya bacı birdən artıq olarsa, mal üç hissəyə bölünür. Bir pay anadanbir qardaş və bacı arasında bərabər bölünür, iki pay ata-anadanbir qardaş və bacıya verilir. Hər qardaş iki, bacı isə bir pay götürür.
Məsələ 2369: Əgər varis yalnız atadanbir qardaş və bacı, anadanbir bir qardaş və ya bir bacı olsa, mal altı hissəyə bölünür. Bir pay anadanbir qardaş və bacıya verilir, yerdə qalan beş pay atadanbir qardaş və bacıya çatır. Hər qardaş bacı ilə müqayisədə iki pay götürür.
Məsələ 2370: Əgər varis yalnız atadanbir qardaş və bacı, anadanbir iki və ya bir neçə qardaş və bacı olarsa, mal üç hissəyə bölünər. Bir pay anadanbir qardaş və bacı arasında bərabər bölünər, iki pay atadanbir qardaş və bacıya çatar. Qardaş bacı ilə müqayisədə iki pay götürər.
Məsələ 2371: Əgər varis təkcə qardaş, bacı və zövcə olarsa, zövcə qarşıda ətraflı şəkildə bəyan olunacaq məsələ əsasında irs alar. Bacı və qardaş ötən məsələlərdə deyildiyi kimi irs götürər. Amma zövcə və ər irs götürdüyü üçün anadanbir qardaş və bacının payı azalmaz. Amma ata-anadanbir və atadanbir qardaş və bacının payı azalar. Məsələn, əgər varis ər, qardaş, anadanbir bacı, ata-anadanbir qardaş və bacı olarsa, malın yarısı ərə çatar, bütün malın üçdə biri anadanbir qardaş və bacıya verilər, qalan hissə ata-anadanbir qardaş və bacının payıdır. Məsələn, əgər bütün mal 6 min manat məbləğ olarsa, 3 min manatı ərə, 2 min manat anadanbir qardaş və bacıya, min manat ata-anadanbir qardaş və bacıya verilər.