Vəqf olunmuş əmlakın xarab olması
Məsələ 2316: Əgər vəqf edilmiş mülk yararsız vəziyyətə düşsə, yenə vəqf sayılır.
Məsələ 2316: Əgər vəqf edilmiş mülk yararsız vəziyyətə düşsə, yenə vəqf sayılır.
Məsələ 2317: Mülkün bir hissəsini vəqf etmək olar. Evin və ya əkin sahəsinin bir hissəsini vəqf etdikdə şər’i hakim və ya sahib vəqf olunmuş malı mütəxəssislərin nəzarəti altında ayıra bilər.
Məsələ 2318: Əgər vəqfi yerinə yetirməli olan şəxs ümumi vəqfə xəyanət etsə, onu tə’yin olunmamış yerə sərf etsə, şər’i hakim e’tibarlı bir qəyyum tə’yin edə bilər. Xüsusi vəqfin qəyyumu xəyanət etsə, şər’i hakim mövcud nəslin razılığı ilə onlara qəyyum ayıra bilər.
Məsələ 2319: Hüseyniyyə üçün vəqf olunmuş xalçanı məsciddə namaz üçün istifadə etmək olmaz. Xalçanın Hüseyniyyəyə aid olub-olmaması bilinməsə də, onu başqa yerə aparmaq düzgün deyil. Vəqf olunmuş digər mallar da belədir. Hətta bir məscidin möhürünü o birinə aparmaq olmaz.
Məsələ 2320: Əgər məscidin tə’miri üçün bir mülk vəqf olunduqda (mülkün qazancı) həmin məscidin tə’mirə ehtiyacı yoxsa və yaxın vaxtlarda ehtiyac olacağı ehtimal edilmirsə, mülkün qazancını digər məscidlərin tə’mirinə sərf etmək olar.
Məsələ 2321: Mülkün vəqfində məqsəd budursa ki, onun qazancını məscidin tə’mirinə, imam-camaata, azançıya xərcləsinlər, hansı üçün nə qədər nəzərdə tutulmuşsa, həmin məbləğ də sərf olunmalıdır. Əgər miqdar müəyyən edilməmişsə, qəyyumun nəzəri əsasında məsləhət olan şəkildə addım atılmalıdır.
Məsələ 2322: Dövrümüzdə təsis olunan, qeydə alınmış və hüquqi şəxs sayılan müəssisə və cəmiyyətlər üçün mülk ayırmaq olar. Bu halda əsasnaməyə uyğun hərəkət edilməlidir. Bu qəbil müəssisələrin mal-mülkü vəqfə bənzəyir. Amma bu vəqf deyil. Həmin mülk müəssisənin malıdır. Müəssisə və ya təşkilatı idarə edən şəxs dünyasını dəyişərsə, həmin mal varisə çatmır. Amma əsasnamədə belə bir şərt qoyularsa, varisə irs çatar. Qeyd edilən qaydalar məsləhət əsasında təşkil olunmuş, amma hələ ki, rəsmən qeydiyyata alınmamış müəssisələrə də aiddir.
Məsələ 2323: Vəsiyyət dedikdə insanın öz ölümündən sonra müəyyən işlərin görülməsini tapşırması nəzərdə tutulur. Belə vəsiyyət “əhdiyyə” adlanır. Kəfən, dəfn yeri və mərasimlərlə bağlı vəsiyyət bu qəbiləndir. Ya da deyə bilər ki, onun ölümündən sonra malından nəyisə, kiminsə mülkiyyətinə versinlər. Övladı üçün qəyyum da müəyyənləşdirə bilər.
Məsələ 2323: Vəsiyyət dedikdə insanın öz ölümündən sonra müəyyən işlərin görülməsini tapşırması nəzərdə tutulur. Belə vəsiyyət “əhdiyyə” adlanır. Kəfən, dəfn yeri və mərasimlərlə bağlı vəsiyyət bu qəbiləndir. Ya da deyə bilər ki, onun ölümündən sonra malından nəyisə, kiminsə mülkiyyətinə versinlər. Övladı üçün qəyyum da müəyyənləşdirə bilər.
Məsələ 2324: Vəsiyyət etmək istəyən kəs söz və ya yazı ilə məqsədini açıqlaya bilər. Danışmağa və ya yazmağa qadir olmasa, məqsədini işarə ilə çatdırmaqla vəsiyyət edə bilər.
Məsələ 2325: Vəsiyyətdən əlavə bütün müamilələri bu günki qaydada yazıb imzalaya bilər. Amma evlənmək və boşanmada yazmaqla kifayətlənmək iradlıdır.
Məsələ 2326: Vəsiyyət edən şəxs büluğ həddinə çatmış və ağıllı olmalıdır. Yaxşını pisdən seçə bilən on yaşlı uşaq məscid, mədrəsə və xəstəxana tikintisi, eləcə də qohumları üçün münasib və ağılabatan vəsiyyət etsə düzgündür. Vəsiyyət edən şəxs səfeh olmamalıdır. Şər’i hakimin qadağa qoyduğu maldan vəsiyyət etmək olmaz. Şəxs məqsədli və azad şəkildə vəsiyyət etməlidir.