Əgər borclunun zəruri mallardan başqa heç nəyi olmasa
Məsələ 1943: Əgər borc verən şəxs borcunu haqqı çatdığı zamanda tələb etsə, borclu şəxs tez onun borcunu qaytarmalıdır və onu yubatmaq günah sayılır. Lakin, borclu şəxsin oturduğu ev, ehtiyac duyduğu mənzil avadanlıqları və s. əşyalardan başqa bir şeyi olmasa, borc verən şəxs səbr etməli və onu ehtiyac duyduğu əşyalarını satmasına məcbur etməməlidir. Amma, borclu şəxs borcunu ödəmək üçün çalışmalı, ticarət, iş və yaxud şəriət hökmlərinə zidd olmayan hər hansı bir vasitə ilə qazanc ələ gətirərək, borcunu ödəməlidir.