Çirkli və iyrənç şeyləri yemək
Məsələ 2260: İnsanın təbiətinə zid olan çirkili, igrənc şeyləri (heyvanların fəzləsi, burun suyu və s.), pak olmasından aslı olmayaraq, yemək haramdır.
Məsələ 2260: İnsanın təbiətinə zid olan çirkili, igrənc şeyləri (heyvanların fəzləsi, burun suyu və s.), pak olmasından aslı olmayaraq, yemək haramdır.
Məsələ 2261: Torpaq və gili yemək haramdır. Lakin, Seyyidlər ağası həzrət İmam Hüseynin (ə) türbətindən (bir noxuddan az) şəfa məsədi ilə yeməyin işkalı yoxdur. Həmçinin, müalicə üçün Dağıstan və İrəvan gilini yemək, əgər əlacı yalnız bunları yeməkdə olsa, caizdir.
Məsələ 2262: İnsana ciddi zərər vuran şeyi yeyib-içmək haramdır. Siqaret çəkmək və müxtəlif tütün məmulatları, xüsusi ilə, narkotik maddələr, iynə ilə vurulmasından, tüstü kimi çəkilməsindən, yeyilməsindən,iynə ilə vurulmasından və hər bir vasitə ilə olmasından aslı olmayaraq, mütləq şəkildə haramdır. Həmçinin, istehsalı, alqı-satıqısı və onun yayılmasına göstərilən hər bir dəstək, haramdır. Siqaretə və narkotik maddələrə adət etmiş şəxslərə onları tərk etməyə çalışmalari vacibdir.
Məsələ 2263: Əgər bir inək, qoyun və dəvə ilə yaxınlıq etsələr, onların ətlərinin haram olmasılndan əlavə, vacib ehtiyata əsasən, sidik və qaitləri nəcis, südlərini içmək isə haramdır. O heyvanların başı kəsilməli, leşləri yandırılmalıdır. Onlarla yaxınlıq edən şəxs pulunu sahibinə verməlidir.
Məsələ 2264: Şərab içmək haram və böyük günahlardan biridir və bə’zi rəvayətlərdə ən böyük günahlardan sayılmışdır. Onu halal bilən şəxs şərabı halal bilməyin Allahı, Peyğəmbəri (s) danmaq olduğunu bilsə, kafirdir. İmam Sadiqdən (ə) belə nəql edilib: “Şərab pisliklərin kökü, günahların mənşəyidir; şərab içən şəxs ağlını itirir və o halda Allahı tanımır və heç bir günahdan qorxusu olmur, heç kəsin ehtiramını saxlamır, yaxın qohumlarının hüquqlarına riayət etmir, aşkar pisliklərdən üz döndərmir; iman və allahşünaslıq ruhu ondan xaric olur və Allahın rəhmətindən uzaq olan bir ruh bədənində qalır; Allah, mələklər, peyğəmbərlər, mö’minlər ona lə’nət edir, qırx günə qədər namazı qəbul olmur və Qiyamət günü üzü qara olar!”
Məsələ 2265: Şərabdan məqsəd məstedici içkilərdir və pivə də onlardan biri sayılır və hətta bir damla və ondan da az şərab içmək haramdır.
Məsələ 2266: İçki düzülmüş süfrə kənarında əyləşməklə insan onlardan biri sayılarsa, orada oturmaq və yeməklərin halal olmasından asılı olmayaraq, bir şey yemək haramdır.
Məsələ 2267: Susuzluq və aclıqdan ölüm ərəfəsində olan müsəlman şəxsə çörək, su verib onu ölümdən xilas etmək hər bir müsəlmana vacibdir.
Məsələ 2268: Yemək halında bir neçə işi yerinə yetirmək, savab qəsdi ilə müstəhəbdir: 1-Yemək yeməzdən öncə hər iki əli yumaq; 2-Yemək yedikdən sonra da əlini yuyub dəsmalla qurulasın; 3-Ev sahibi qonaqlardan öncə yemək yeməyə başlasın və hamıdan sonra əlini yeməkdən çəksin; 4- Yemək yediyi zaman “Bismillah” sonunda isə “Əlhəmdulillah” desin. Əgər süfrədə müxtəlif çeşidli yemək varsa, onların hər birini yedikdə “Bismillah” desin; 5-Sağ əli ilə yemək yesin; 6-Əgər bir neçə nəfər bir süfrə kənarında yemək yeyirlərsə, hər biri qarşısına qoyulan yeməkdən yesin; 7-Kiçik loğma götürsün; 8-Tələsərək yemək yeməsin, uzun fasilə ilə yemək yesin və yeməyi yaxşı çeynəsin; 9-Yeməkdən sonra xilal edib, yemək qırıntılarını dişlərinin dibindən təmizləsin və ağzını yusun; 10- Yemək qırıntılarını kənara atmasın, səhrada yemək yediyi zaman yemək qalıqlarını quşlar və heyvanlar üçün saxlasın; 11- Gün ərzində iki dəfə - günün və gecənin əvvəlində yemək yesin;12- Yeməyin əvvəl və axırında düz yesin; 13- Bütün meyvələri yeməzdən öncə yusun; 14- İmkan daxilində süfrəsinin kanarında qonağı olsun.
Məsələ 2269: Aşağıda qeyd edilən əməllər yemək halında məkruhdur:1-Tox halda yemək yemək; 2-Çox yemək; Nəql edilmişdir ki, Allahın hamıdan çox qarını dolu olan şəxslərdən xoşu gəlmir; 3-Yemək halında başqalarının üzünə baxmaq; 4-Yeməyi qaynar halda yemək; 5-Yediyi, içdiyi şeyə üfürmək; 6- Çörək süfrəyə qoyulduqdan sonra nəyinsə yolunu gözləmək; 7- Bıçaqla çörəyi kəsmək; 8-Çörəyi qabın altında qoymaq və ona edilən hər bir ehtiramsızlıq; 9- (Qabığı ilə yeyilən) meyvələrin qabığını soymaq; 10- Meyvəni tam yemədiyi halda uzağa atmaq.
Məsələ 2270: Su içən zaman bir neçə iş tövsiyə edilmişdir: 1-Suyu sovuraraq içsin; 2- Gündüz ayaq üstə su içsin; 3 Su içməzdən öncə “Bismillah” və içdikdən sonra isə “Əlhəmdulillah” desin; 4-Suyu bir nəfəsə yox, üç nəfəsə içsin; 5-Suyu meyli olan halda içsin; 6- Su içəndən sonra İmam Hüseyn (ə) və onun ailəsini xatırlasın və onun düşmənlərinə lə’nət oxusun.
Məsələ 2271: Rəvayətlərdə su içmək barədə bir neçə şey qadağan edilmişdir: 1- Çox içmək; 2-Yağlı yeməkdən sonra su içmək; 3- Gecə ayaq üstə su içmək; 4-Sol əl ilə su içmək; 5- Kuzənin sınıq yerindən və yaxud qulp tərəfindən içmək.