Güllə dəymiş ovun suya düşməsi
Məsələ 2236: Əgər bir heyvanı güllə ilə vurduqdan sonra suya düşsə və onun güllə və suya düşmək vasitəsi ilə öldüyünü bilsə, halal deyil. Habelə, əgər yalnız güllə (ölüb-ölməmədiyində) şəkk etsə halal deyil.
Məsələ 2236: Əgər bir heyvanı güllə ilə vurduqdan sonra suya düşsə və onun güllə və suya düşmək vasitəsi ilə öldüyünü bilsə, halal deyil. Habelə, əgər yalnız güllə (ölüb-ölməmədiyində) şəkk etsə halal deyil.
Məsələ 2237: Əgər qəsb edilmiş silah və yaxud itlə bir heyvanı ovlasa, şikar halaldır və onun malı hesab edilir. Lakin günah etmişdir, silah və yaxud itin icarə pulunu sahibinə verməlidir.
Məsələ 2238: Şikar etmək düzgün olan silah və yaxud qılıncla, əvvəldə deyilən şərtlərə uyğun, bir heyvanı iki parça edib, baş-boyun bir tərəfdə qalsa, əgər heyvan öləndən sonra çatsa və həmçinin diri olub, lakin başını kəsməyə vaxt az olsa, hər iki tərəf halaldır. Amma başı kəsməyə vaxt varsa, baş olmayan tərəf haramdır və baş olan tərəf şəriət hökmlərinə əsasən kəsilsə halaldır.
Məsələ 2239: Əgər şikar etmək düzgün olmayan üsulla, məsələn, tora salma, çubuq, daş və s. vasitə ilə bir heyvanı iki parça etsə, baş-boyun olmayan tərəf hər bir halda haramdır. Amma baş-boyun olan tərəf əgər diri olsa və onun başını şəriət göstərişlərinə uğun kəssələr halaldır.
Məsələ 2240: Bir heyvanın başını kəssələr və yaxud şikar edib qarnından diri bala çıxartsalar, əgər o balanın şəriət qaydalarına əsasən başını kəssələr halal, əks təqdirdə isə haramdır. Amma bala anasını şikar etmək və yaxud başını kəsməklə ölsə, onun qarnında ölsə halaldır, bir şərtlə ki, bala kamil şəkildə formalaşmış olmalı, bədənində tük, yun çıxmalıdır.
Məsələ 2241: Əgər ov iti ilə əti halal olan çöl heyvanını ovlasalar, bu heyvan 5 şərtlə halal olar:1-İt elə əhilləşdirilməlidir ki, ov dalınca göndəriləndə getsin, göndərilməyəndə getməsin. İtin ov etmək üçün əhilləşdirilməsi kifayət edir və hətta gözü şikara düşdükdə özü hərəkət edib, ova tərəf getsin. Lakin vacib ehtiyata əsasən, sahibi çatmazdan öncə ovu yeməyə adət edibsə, onun ovundan pəhriz edilməlidir. Amma bə’zən ovu və yaxud yalnız qanını yeyirsə eybi yoxdur.2-İti göndərən şəxs vacib ehtiyata əsasən, müsəlman və yaxud yaxşı-pisi ayıra bilən müsəlman uşağı olmalıdır. Peyğəmbərin (s) Əhli-beytinə (ə) düşmənçilik edən şəxs müsəlman deyil və onun ovu iradlıdır.3-İti göndərən və yaxud hərəkət edən zaman Allahın adını çəkməlidir, lakin unutqanlıq üzündən deməsə eybi yoxdur. İti göndərməzdən öncə Allahın adını çəkmək lazım deyil, əksinə it ova çatmazdan öncə Allahın adını desə halaldır.4-Şikar itin dişindən aldığı yara nəticəsində ölsün. Bu baxımdan, əgər it ovunu boğsa, çox qaçmaqdan və yaxud qorxudan ölsə halal deyil.5-İti göndərən şəxs şikar öləndən sonra çatsa və yaxud diri olsa, lakin başını kəsməyə vaxt olmasa, əgər baş kəsmək qədər vaxt olan bir zamanda çatsa, məsələn, gözünü tərpədir, ayağını yerə döyürsə, heyvanın başını şəriət göstərişlərinə əsasən kəsməlidirlər, əks təqdirdə haramdır.
Məsələ 2242: İti göndərən şəxs heyvanın başını kəsə biləcək bir vaxtda çatsa, lakin bıçağı olmasa və yaxud bıçağı tapmağa müəyyən vaxt lazım olsa, əgər heyvan ölsə vacib ehtiyata əsasən, ətindən çəkinmək lazımdır.
Məsələ 2243: Əgər bir neçə iti ov dalınca göndərsələr, onların hamısı yuxarıda deyilən şərtlərə malik olsa, şikar halaldır. Əgər onlardan bə’ziləri bu şərtlərə malik olmasa, şikar haramdır.
Məsələ 2244: Əgər əhilləşdirilmiş iti bir heyvanın dalınca göndərsələr, lakin o başqa heyvanı şikar etsə, eybi yoxdur; həmçinin, o heyvanı başqa bir heyvanla birgə şikar etsə, hər ikisi halaldır.
Məsələ 2245: Əgər bir neçə nəfər bir iti göndərsələr və onlardan biri kafir olsa və yaxud adətən Allahın adını çəkmirsə və yaxud bir neçə iti göndərsələr və onların biri əhilləşdirilməmiş olsa, vacib ehtiyata əsasən, o şikarın ətindən pəhriz etmək lazımdır.
Məsələ 2246: Əgər ov itindən başqa şahin və ov quşu bir heyvanı şikar etsə, o şikar halal deyil. Amma əgər heyvanın diri olduğu vaxt çatıb, şəriət qaydalarına əsasən başını kəssələr, halaldır.
Məsələ 2247: Halal balıq, pulunun az və yaxud çox, böyük və yaxud kiçik olmasından asılı olmayaraq, pullu balıqdır. Hətta pulu zəif olan, torda tutulan zaman tökülən balıqlar da halaldır. Əgər mikroskop və bu kimi s. cihazlarla göürünsə, lakin camaat ona pul deməsə faydasızdır.