Nəzirin hissələri və xüsusiyyətlərinin şəriət baxımından bəyənilmiş olması vacib deyil
Məsələ 2282: Nəzir ediləcək işini bütün xırdalıqlarının bəyənilməsi zəruri deyil. Əgər iş özü şər’ən bəyənilirsə, bu bəs edir. Məsələn, nəzir edilərsə ki, hər ayın ilk gecəsi gecə namazı qılınacaq, bu nəzir düzgündür və ona əməl edilməlidir. Əgər nəzir edilsə ki, yoxsullara müəyyən bir yerdə təam veriləcək, həmin nəzirə deyildiyi şəkildə əməl olunmalıdır.