مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 252Qabların hökmləri

Yeməyi qızıl-gümüş qablardan başqa qaba tökmək

Məsələ 252: Qızıl və ya gümüş qabda olan qidanı haramdan çəkinmək üçün başqa bir qaba töksələr, həmin yeməkdən istifadə etmək olar. Əgər bu məqsədlə olmasa haramdır. Lakin hər bir halda qızıl və gümüşdən olmayan ikinci qabdan yeməyin manesi yoxdur.

مسئله شماره 255Qabların hökmləri

Ağ qızıl

Məsələ 255: Ağ qızıl adlanan qızıl da qırmızı və sarı qızıl hökmündədir. Vacib ehtiyata əsasən, ona qızıl deyilirsə pəhriz etmək lazımdır. Amma platin başqa metaldır və ondan istifadə etmək olar.

مسئله شماره 257Üzü yumaq

Üzü yumaq qaydası

Məsələ 257: Üzü alının yuxarı hissəsindən, yə’ni tük bitən hissədən çənənin qurtaracağınadək yumaq lazımdır. Üz orta və baş barmaq əhatə edəcək endə yuyulmalıdır. Əgər bundan az miqdar yuyularsa dəstəmaz batildir. Bu səbəbdən də arxayınlıq olsun deyə deyilən miqdardan bir qədər artıq yumaq yaxşıdır.

مسئله شماره 258Üzü yumaq

Qeyri-adi ölçüdə əl-ayağı olanların vəzifəsi

Məsələ 258: Orta və baş barmaq arası dedikdə adi barmaqlar nəzərdə tutulur. Əgər bir şəxsin orta və baş barmaqları adi barmaqlardan çox uzun və çox gödəksə barmaqlarını ölçü götürməməli, insanların adətən yuduğu həddə yumalıdır. Saçı çox yuxarıdan və ya çox aşağıdan bitən insanlar başqalarının yuduğu adi həddi gözləməlidir.

مسئله شماره 259Üzü yumaq

Üz və əllərdə olan maneələr

Məsələ 259: Üz və əllər elə yuyulmalıdır ki, su bədənin dərisinə çatsın. Əgər dəridə maneə varsa bu maneə aradan qaldırılmalıdır. Hətta maneə olduğu güman edilsə, axtarış aparmaq lazımdır.

مسئله شماره 260Üzü yumaq

Üzün dərisinə su çatdırmaq

Məsələ 260: Saqqalı olan kişilər tüklər arasından üzünün dərisi göründükdə suyu dəriyə çatdırmalıdır. Əgər tüklər arasından dəri görünmürsə tüklərin üzərindən yumaq bəs edir və suyu dəriyə çatdırmaq lazım deyil.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی