Talaq ixtiyarını əqd daxilində qadına buraxmaq
Məsələ 2170: Əgər bir kişi bir qadını öz ərindən təlaq alıb, onun arvadı olması üçün aldatsa, o qadına verilən təlaq və əqd düzgündür. Lakin, hər ikisi böyük günah iş görmüşdür.
Məsələ 2170: Əgər bir kişi bir qadını öz ərindən təlaq alıb, onun arvadı olması üçün aldatsa, o qadına verilən təlaq və əqd düzgündür. Lakin, hər ikisi böyük günah iş görmüşdür.
Məsələ 2171: Əgər qadın nikah əsnasında ərin, məsələn, (uzunmüddətli) səfərə getdiyi, narkotik maddələrə qurşanıb narkoman olduğu, yaxud onun xərcini vermədiyi halda təlağın ixtiyarı onun əlində olmasını şərt etsə, bu şərt batildir. Lakin, o, əri tərəfindən vəkil olub, hər vaxt bu işləri yerinə yetirsə, özünə təlaq verməsini şərt etsə, bu vəkalət düzgündür və belə bir halda özünə təlaq vermək hüququ var.
Məsələ 2172: Ərindən heç bir xəbər olmayan qadın ərinin ölüb-ölməmədiyini bilmədiyi halda təlaq alıb ərə getmək istəsə, adil müctəhidin yanına getməli və şəriətdə qeyd edilən xüsusi hökmlərə uyğun əməl etməlidir.
Məsələ 2173: Dəlinin atası və yaxud atasının atası, onun arvadına məsləhət olduğu halda təlaq verə bilərlər. Azyaşlı uşağın vəlisi (hansı ki, onun üçün daimi arvad əqd etmişdir) vacib ehtiyata əsasən, ona təlaq verə bilməz. Amma onun üçün müvəqqəti arvad əqd ediblərsə məsləhət olduğu halda müddətin qalan hissəsini bağışlaya bilərlər.
Məsələ 2174: Əgər bir şəxs iki nəfəri adil bilib arvadına onların yanında təlaq versə və başqaları onları adil bilmirlərsə, vacib ehtiyata əsasən, o arvadı özünə və yaxud başqasına əqd etməməlidir. Lakin, onların ədalətli olmasında şəkk etsə, maneəsi yoxdur.
Məsələ 2175: İnsanın zülm ilə bir şəxsin malınıa, yaxud haqqını ələ keçirməsinə qəsb deyilir. Bu da böyük günahlardan biri sayılır və bu işi görən şəxs Qiyamət günündə ağır əzaba düçar olacaq. İslam peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayat olunub ki, hər kəs bir qarış torpağı başqasından qəsb etsə, Qiyamət günü o torpağı onun 7 təbəqəsi ilə boyunbağı kimi onun boynundan asacaqlar.

Məsələ 2176: Əgər bir şəxs camaatı məscid, mədrəsə, körpü və kütlənin istifadəsi üçün tikilən sair yerlərdən istifadə etməyə qoymasa, onların haqqını qəsb etmişdir. Habelə, bir şəxs məscid və başqa yerlərdə özünə yer tutub, başqası ondan istifadə etməyin qarşısını alsa (qəsb sayılır).
Məsələ 2177: Qanunsuz olaraq müsəlmanların beytül-malına hakim olmaq qəsb sayılır və qəsbin bütün hökmlərinə malikdir və bəzi cəhətdən məs’uliyyəti çoxdur.
Məsələ 2178: Bir şəxsin yanında girov (rəhn) qoyulan malı başqası qəsb etsə, malın sahibi və onu tələb edən şəxslərin hər ikisi malı ondan tələb edə və əgər aradan gedibsə, əvəzini ala bilərlər. O əvəz girov qoyulmuş malın əvəzi olacaq.
Məsələ 2179: Qasib (qəsb edən) şəxsin qəsb etdiyi malı tez bir zamanda sahibinə qaytarması vacibdir və yubatdığı qədər onun üçün çox günah yazılır və tələf olduğu halda onun əvəzini verməlidir.
Məsələ 2180: Əgər qəsb etdiyi maldan bir qazanc ələ gətirsə, məsələn, qəsb edilmiş bir qoyundan bir quzu dünyaya gəlsə və yaxud qəsb edilmiş bağda meyvə yetişsə, qasib şəxs zəhmət çəkmiş olsa da belə, o mülkün hamısı mal sahibinindir. Əgər bir şəxs bir evi qəsb etsə, evdən istifadə etməsə də belə, evin onun öhdəsində olduğu müddətin icarə haqqını adətə uyğun olaraq ödəməlidir. Avtomobil və s. mallar da bu hökmlə eynidir.