İstihazənin qəlilə və ya kəsirə olmasında şəkk
Məsələ 412: Qadın qəlilə və ya kəsirə istihazə olduğunu bilməsə, vacib ehtiyata əsasən, namazdan öncə özündə araşdırma aparmalıdır. Araşdırma apara bilmirsə, ehtiyat budur ki, həm kəsirə, həm də qəlilə istihazənin vəzifələrini yerinə yetirsin. Amma əvvəlcə kəsirə və ya qəlilə olduğu mə’lumdursa, həmin vəzifəni yerinə yetirə bilər.