Bu insanlara süd verməklə qadın öz ərinə haram olmur
Məsələ 2123: Əgər qadın ərinə məxsus olan süddən aşağıdakı şəxslərə süd versə əri ona haram olmur lakin, bu işi etməməsi daha yaxşıdır:1-Öz bacı və qardaşına;2-Öz əmisi, bibisi, dayısı və xalasına;3-Əmisi və dayısı övladlarına;4-Öz qardaşı övladlarına;5-Ərinin qardaşını, yaxud ərinin bacısına;6-Öz bacısı uşaqları və yaxud ərinin bacısı uşaqlarına;7-Ərinin əmisi, bibisi, dayısı və xalasına;8-Ərinin başqa arvaddan olan nəvəsinə;