İddə saxlamaq vacib olmayan hallar
Məsələ 2145: Ərindən təlaq alan qadın iddə saxlamalıdır; əri ümumiyyətlə onunla cinsi əlaqədə olmasa, doqquz yaşına çatmazdan öncə təlaq versə və yaxud qadın yaisə olsa, yə’ni yaşı əllini ötübsə, istisnadır. Bu halda təlaqdan sonra fasiləsiz olaraq ərə gedə bilər. Əlbəttə hicri qəməri ilə əlli yaşından yuxarı olan qadın heyzin bütün şərtlərini əks etdirən qan görərsə, yaisə olmamışdır və iddəni gözləməsi lazımdır.