مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 239Nəcis yemiş heyvanın təmizlənməsi

Nəcis yemiş heyvanı təmizləmək qaydası

Məsələ 239: Əgər bir heyvan insan nəcisi yeməyə adət etsə, onun sidiyi və nəcisi murdar olar. Belə bir heyvanın əti də haramdır. Onu paklamaq üçün pak şeylərlə qidalandırmaq lazımdır. Belə ki, artıq o “murdar yeyən heyvan” adlandırılmasın. Belə bir qayda ilə heyvanın paklanması “istibra” adlanır. İstibra müddəti dəvə üçün qırx gün, inək üçün otuz gün, qoyun üçün on gün, ördək üçün beş gün, ev toyuğu üçün üç gün müəyyənləşdirilmişdir. Murdarla qidalanan başqa heyvanların üzərindən o ad götürülənədək onları pak qidalarla qidalandırmaq lazımdır.

مسئله شماره 240Nəcis yemiş heyvanın təmizlənməsi

Quşların yeminə qan tozunu qatmaq

Məsələ 240: Bə’zən fabriklərdə ev quşlarının qidasına toz şəklində qan qatılır. Belə ki, toyuğun əti bu qida ilə artır. Bu sayağı qidalanan toyuqların əti və yumurtası haram deyil, rütubəti murdar sayılmır. Amma yaxşı olar ki, belə bir toyuqdan və onun yumurtasından pəhriz edilsin.

مسئله شماره 242Müsəlmanın qaib olması

Müsəlmanın qaib olmasının izahı və hökmü

Məsələ 242: Bədəni, libası və ya ixtiyarında olan başqa bir şeyi murdarlanan və bunu bilən müsəlman qeyb olarsa (onunla əlaqə saxlamaq mümkün olmazsa), onun murdarlanmış şeyləri suya çəkdiyini ehtimal etdikdə, həmin şeylər pakdır. Bir şərtlə ki, həmin şeylər üçün (namaz qılınan paltar, qab-qacaq) paklıq şərt sayılsın.

مسئله شماره 245Müsəlmanın qaib olması

Vasvası insanların əminliyi

Məsələ 245: Vasvasılıqdan əziyyət çəkən, bir şeyin murdarlanmasına tez inanan, bir şeyi suya çəkərsə onun paklanmasına tez əmin olmayan insanların əminliyi e’tibarsızdır. Onlar başqaları kimi əmin olmaqla kifayatlənə bilərlər.

مسئله شماره 246Qabların hökmləri

Ölmüş heyvanın dərisindən hazırlanan qablar

Məsələ 246: Ölü və ya it və donuz kimi murdarın əsli olan heyvanların dərisindən hazırlanan qablar və tuluqlarda içmək, dəstəmaz və qüsl üçün su saxlamaq olmaz. Amma paklıq tələb etməyən suvarma kimi işlərdə bu qəbil qablardan istifadə etmək olar. Amma müstəhəb ehtiyat odur ki, onlardan heç bir iş üçün istifadə edilməsin.

مسئله شماره 247Qabların hökmləri

Qızıl-gümüşdən hazırlanmış qablar

Məsələ 247: Qızıl və gümüş qablarda yemək,içmək və digər işlər üçün istifadə etmək haramdır. Vacib ehtiyata əsasən, onlardan otağı bəzəmək və ya başqa məqsədlərlə istifadə etmək olmaz.

مسئله شماره 249Qabların hökmləri

Qab hökmündə olmayan əşyalar

Məsələ 249: Qab sayılmayan stəkan altı, qılınc qını kimi şeylər qızıl və gümüşdən hazırlanarsa eybi yoxdur. Amma vacib ehtiyat budur ki, qızıl və gümüşdən hazırlanmış ətir qabı və sürmə qabı kimi şeylərdən pəhriz edilsin.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی