Nəcis yemiş heyvanı təmizləmək qaydası
Məsələ 239: Əgər bir heyvan insan nəcisi yeməyə adət etsə, onun sidiyi və nəcisi murdar olar. Belə bir heyvanın əti də haramdır. Onu paklamaq üçün pak şeylərlə qidalandırmaq lazımdır. Belə ki, artıq o “murdar yeyən heyvan” adlandırılmasın. Belə bir qayda ilə heyvanın paklanması “istibra” adlanır. İstibra müddəti dəvə üçün qırx gün, inək üçün otuz gün, qoyun üçün on gün, ördək üçün beş gün, ev toyuğu üçün üç gün müəyyənləşdirilmişdir. Murdarla qidalanan başqa heyvanların üzərindən o ad götürülənədək onları pak qidalarla qidalandırmaq lazımdır.