Əgər qadın bir şəxsin qardaşına süd versə, qardaşa məhrəm olmur
Məsələ 2121: Bir kəsin qardaşına süd verən qadın həmin şəxsə məhrəm olmur. Amma ehtiyat müstəhəb budur ki, onunla evlənməsin.
Məsələ 2121: Bir kəsin qardaşına süd verən qadın həmin şəxsə məhrəm olmur. Amma ehtiyat müstəhəb budur ki, onunla evlənməsin.
Məsələ 2122: İnsan iki bacı ilə – hətta süd bacısı olsalar belə, evlənə bilməz. Əgər iki qadını nikah edib sonradan bacı olduqlarını başa düşsə, birinci nikah düzgün, ikincisi isə batildir. Əgər nikah eyni zamanda olubsa, hər ikisi batildir.
Məsələ 2123: Əgər qadın ərinə məxsus olan süddən aşağıdakı şəxslərə süd versə əri ona haram olmur lakin, bu işi etməməsi daha yaxşıdır:1-Öz bacı və qardaşına;2-Öz əmisi, bibisi, dayısı və xalasına;3-Əmisi və dayısı övladlarına;4-Öz qardaşı övladlarına;5-Ərinin qardaşını, yaxud ərinin bacısına;6-Öz bacısı uşaqları və yaxud ərinin bacısı uşaqlarına;7-Ərinin əmisi, bibisi, dayısı və xalasına;8-Ərinin başqa arvaddan olan nəvəsinə;
Məsələ 2124: Əgər bir kəs insanın bibisinin və ya xalasının qızına süd versə, həmin şəxsə məhrəm olmur. Amma ehtiyat müstəhəb budur ki, onunla evlənməsin.
Məsələ 2125: Bir kişinin iki arvadı olsa və onlardan biri o biri qadının əmisi uşağına süd versə, onun əmi övladlarına süd verən qadın öz ərinə haram olmur.
Məsələ 2126: Heç kəs uşağa süd vermək üçün anadan üstün deyil və yaxşı olar ki, uşağına verdiyi südün müqabilində ərindən muzd almasın; baxmayaraq ki, bu işə görə muzd alamağa hüququ var. Əgər ana dayədən artıq muzd almaq istəsə, ər uşağı ondan alıb, dayəyə verə bilər.
Məsələ 2127: Rəvayətlərdə qeyd edilibdir ki, uşaq üçün seçilən dayə ağıllı, imanlı, iffətli və gözəl üzlü olmalı və dəli, möminə olmayan, eybəcər, pis əxlaqlı və yaxud zinazadə dayə seçməməlidirlər. Həmçinin, uşağı zinadan dünyaya gələn, südü zinadan olan dayəni seçməkdən pəhriz edilməlidir.
Məsələ 2128: Qadınlar hər uşağa süd verməsələr yaxşıdır. Çünki, hansı şəxslərə süd vermələrini unutmaları ehtimalı var və sonra iki nəfər məhrəm bir-birləri ilə evlənə bilər. Xüsusi ilə müasir dövrdə quru süd və s.-dən istifadə etmək mümkün olduğu üçün başqalarının uşaqlarına süd vermək zərurəti çox azdır.
Məsələ 2129: Süd vermək vasitəsi ilə qohum olan şəxslərin bir-birlərinə ehtiram göstərmələri müstəhəbdir, lakin qohumluq hüquqları yoxdur və bir-birlərindən irs aparmırlar.
Məsələ 2130: İmkan daxilində uşağa düz iki il süd vermək müstəhəbdir.
Məsələ 2131: Qadın ərinin hüququ pozulmamaq şərti ilə, ondan icazəsiz olaraq başqasının uşağına süd verə bilər. Lakin ehtiyat müstəhəbdir ki öz qızının uşağına süd verməsin.
Məsələ 2132: Əgər bir kişi qardaşı arvadının ona məhrəm olmasını istəsə, bir südəmər qızı onun vəlisinin icazəsi ilə özünə əqd etməli və bu halda qardaşı arvadı o qıza kamil süd verməlidir. Vacib ehtiyata əsasən, əqdin müddəti qızın cinsi faydalanma həddinə çatması qədər olmalı və həmçinin, belə bir əqd qızın məsləhətinə uyğun olmalıdır.