Nisa təvafını yerinə yetirməmiş şəxslə evlənmək
Məsələ 2059: Əgər kişi həcc əməllərindən biri sayılan “nisa” təvafını yerinə yetirməsə, ehram bağlamaqla ona haram olan qadın halal olmur. Bu hökm qadınlar haqqında da sabitdir. Lakin, sonradan nisa təvafını yerinə yetirsələr bir-birlərinə halal olurlar.