Müsəlman qadının kafirlə evlənməsi
Məsələ 2048: Müsəlman qadın kafir kişi ilə evlənə bilməz. Amma müsəlman kişi kitab əhlinin qadınları ilə evlənə bilər.
Məsələ 2048: Müsəlman qadın kafir kişi ilə evlənə bilməz. Amma müsəlman kişi kitab əhlinin qadınları ilə evlənə bilər.
Məsələ 2048: Müsəlman qadın kafir kişi ilə evlənə bilməz. Amma müsəlman kişi kitab əhlinin qadınları ilə evlənə bilər.
Məsələ 2049: Əgər ərli bir qadınla (bu işdən Allaha pənah aparırıq) zina etsə və o qadın ərindən talaq alsa, vacib ehtiyata əsasən onunla evlənə bilməz. Amma əgər hökmü bilmirdisə və evlənmişdirsə, evliliyini davam etdirə bilər.
Məsələ 2050: Başqasının iddəsində olan bir arvadla zina etsə, vacib ehtiyata əsasən, təlaqın ric’i və yaxud qeyri-ric’i olmasından asılı olmayaraq, o arvad ona haram olur. Amma əgər hökmü bilməməsi üzündən izdivac etmiş olsa, evlilik həyatına davam edə bilər.
Məsələ 2051: Əgər iddədə olmayan ərsiz bir qadınla zina etsə, sonradan onunla evlənə bilər. Lakin, müstəhəb ehtiyata əsasən, səbr etsin, qadın heyz olandan sonra onu öz nikahına gətirsin.
Məsələ 2052: Əgər başqasının iddəsində olan qadını özünə əqd etsə, kişi və qadın və yaxud onlardan biri qadının iddədə olmasını və habelə, iddədə olan qadınla əqd etməyin haram olduğunu bilsə, onunla cinsi əlaqədə olub-olmamasından asılı olmayaraq, o qadın ona əbədi haram olur. Lakin onlardan heç biri qadının iddədə olduğunu bilməyiblərsə və yaxud iddəli qadınla əqd etməyin haram olduğunu bilməyiblərsə, bir-birləri ilə cinsi yaxınlıq etdikləri halda, qadın ona haram olur; yaxınlıq etməyiblərsə qadın ona haram olmur. Əqd vəkil vasitəsi ilə oxunduğu hallarda əbədi haram hasil olmur.Məsələ 315.Çox vaxt qarşıya çıxan məsələ:İddədə olan qadınla izdivaz etmək haram və batildir.Əgər kişi və qadın bu məsələni bilməsələr və əqdi özləri oxumuş olsalar və iddə zamanı yaxınlıq baş vermiş olsa əbədi harama səbəb olacaqdır.Əgər bu məsələni bilsələr aralarında yaxınlıq olmasa da belə yenə də əbədi harama səbəb olacaqdır.Ehtiyata görə ərli qadınla da həmin hökmə əməl olunmalıdır.
Məsələ 2053: Əgər bir şəxs qadının ərli olduğunu bilib, onu özünə əqd etsə, gərək ondan ayrılsın. Vacib ehtiyata əsasən, onunla yaxınlıq etməməsinə baxmayaraq, sonradan da onunla evlənə bilməz.
Məsələ 2054: Ərli qadın zina etdiyi halda ərinə haram olmur, lakin, tövbə etməyib öz əməlini davam etdirsə ərin onu boşaması yaxşıdır, amma, mehriyyəsini verməlidir. Əgər zina etməklə məşhur olsa, vacib ehtiyata əsasən, ona təlaq verilməlidir.
Məsələ 2055: Əgər bir nəfər ərli qadınla (nəuzu billah) zina etsə, tövbə etmək üçün onun ərinə bir şey demək lazım deyil; Allahın dərgahında tövbə etməlidir.
Məsələ 2056: Ləvat verən oğlanın (həddi-büluğa çatıb-çatmamasından asılı olmayaraq) anası, bacısı, qızı ləvat edən şəxsə haramdır. Lakin ləvat edənin həddi-büluğa çatmasında və həmçinin, düxulun hasil olub-olmamasında şəkk etdiyi halda haram olmur.
Məsələ 2057: Əgər bir şəxsin anası, bacısı və yaxud qızı ilə evlənsə və evləndikdən sonra (Allah uzaq etsin) onunla ləvat etsə, onlar ona haram olmaz.
Məsələ 2058: Əgər bir şəxs həcc və ümrə əməllərindən sayılan ehram halında bir qadınla izdivac etsə əqdi batildir. Beləki, əgər bu halda arvad almağın haram olduğunu bilsə, onunla yaxınlıq edib-etməməsindən asılı olmayaraq, heç vaxt o arvadı öz nikahına gətirə bilməz.