Kişi və qadının icazəsi olmadan oxunan kəbin
Məsələ 2034: Əgər bir qadının nikahını bir kişi üçün onların icazəsi olmadan oxusalar, sonradan onlar razı olub icazə versələr, nikah düzgündür.
Məsələ 2034: Əgər bir qadının nikahını bir kişi üçün onların icazəsi olmadan oxusalar, sonradan onlar razı olub icazə versələr, nikah düzgündür.
Məsələ 2038: Əgər kişi əqd oxunandan sonra qadında aşağıdakı yeddi eybdən biri olduğunu bilsə, əqdi poza bilər:1-Dəlilik; 2-Xora xəstəliyi; 3-Bərəs (alaca) xəstəliyi; 4-Korluq; 5-Aşikar bilinən şil(əlil)olma; 6-Əfza olmaq (yə’ni, sidik və heyzin, yaxud heyzlə nəcisin məcrası bir olsa və yarıq cinsi əlaqə etmək üçün mümkün olmasın); 7-Qadında cinsi əlaqəyə mane olan artıq ət, sümük, vəz olsa.
Məsələ 2039: Qadın da bir neçə halda nikahı poza bilər:1-Ərin dəli olması; 2-Ərinin kişilik aləti olmazsa; 3-Cinsi əlaqəyə bacarığı olmasa; 4-Kişinin yumurtaları çıxarılmış olsa (bu və sabiq məsələ haqqında fiqh kitablarında geniş söz açılıb.)
Məsələ 2042: İnsana məhrəm olan qadınlarla, məsələn, ana, qız, bacı, bibi, xala, qardaş qızı, bacı qızı, atanın arvadı, arvadın qızı, qaynana (bu haqda geniş mə’lumat veriləcək) evlənmək haramdır.
Məsələ 2043: Əgər bir kişi ilə bir qadının arasında nikah əqdi oxunsa, cinsi yaxınlıq etməməsinə baxmayaraq, o qadının anası, anasının anası, onun atasının anası və beləliklə hər nə qədər getsə, kişiyə məhrəm olurlar. Lakin, arvadın qızı, qız və oğlan nəvələri, o arvadla cinsi yaxınlıq etdiyi zaman kişiyə haram olur.

Məsələ 2044: Atanın bibi və xalası, atanın atasının bibi və xalası, ananın bibi və xalası və ananın anasının bibi və xalası hər nə qədər yuxarı getsə, insana məhrəmdirlər.
Məsələ 2044: Atanın bibi və xalası, atanın atasının bibi və xalası, ananın bibi və xalası və ananın anasının bibi və xalası hər nə qədər yuxarı getsə, insana məhrəmdirlər.
Məsələ 2045: Ərin atası, babası və bu minvalla hər nə qədər yuxarı getsə, oğlu və ərin oğul və qız nəvələri bu minvalla hər nə qədər aşağı gəlsələr, nikahdan qabaq və sonra doğulmalarından asılı olmayaraq, bu qadına məhrəmdirlər.

Məsələ 2046: Kişi bir qadını öz nikahına gətirdikdən sonra və o arvad onun əqdində olduğu zamana qədər, əqdin daimi və yaxud müvəqqəti olmasından asılı olmayaraq, arvadın bacısı ilə evlənə bilməz. Hətta, təlaqdan sonra iddəsi “ric’i” olsa (bu haqda “Təlaq” kitabında mə’lumat veriləcək), (arvad) iddə müddətini saxladığı vaxtda onun bacısını ala bilməz və müstəhəb ehtiyat müstəhəbbə əsasən,bain təlaqın iddəsində (bunun şərhi gələcək) və həmçinin, müt’ə iddəsində, müddətin tamam olmasından və yaxud müddəti bağışlamasından asılı olmayaraq, onunla evlənməsin.
Məsələ 2047: Ər, arvadının icazəsi olmadan onun bacısı və yaxud qardaşı qızı ilə evlənə bilməz. Lakin, icazəsiz onların nikahı oxunsa, sonra icazə versə, əqd düzgündür.