Ariyə siğəsi
Məsələ 2010: Ariyəni iki formada yerinə yetirmək olar:Birincisi budur ki, onun üçün hər hansı bir dildə siğə oxusun. Məsələn “mən bu malı sənə ariyə verirəm” desin və o da qəbul etsin. İkincisi isə budur ki, siğə oxumadan nəzərdə tutduğu malı ariyə qəsdi ilə başqasının ixtiyarında qoysun və o da o məqsədlə təhvil alsın.