مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1829Şərikliyin hökmləri

İş ilə mütənasib qazanc şərti

Məsələ 1829: Şirkət müqaviləsində, işləyən adamın çox qazanc götürməsini şərt etməyinin maneəsi yoxdur. Yaxud əksinə, işləməyən və yaxud az işləyən şəxsin çox qazanc götürməsini də şərt etmək (güzəşt və ayrı səbəblərə görə) olar. Amma, əgər bütün mənfəətləri bir nəfər götürsün, deyə şərt etsələr, düzgün deyil. Lakin, əgər bütün zərəri və yaxud onun əksər hissəsini bir nəfər ödəsin, deyə şərt etsələr, düzgündür.

مسئله شماره 680Şam və işa namazları

İşa namazını gecikdirmək

Məsələ 680: Bir şəxs bilərəkdən şam və xiftən namazlarını gecə yarıyadək qılmasa, onların vaxtı keçmişdir və qəzası qılınmalıdır. Amma üzürlü səbəbdən qıla bilməmişsə, sübh namazınadək qıla bilər və namazı vaxtında qılınmış (əda) sayılır.

مسئله شماره 679Şam və işa namazları

İşa namazının son vaxtı

Məsələ 679: Xiftən namazının vaxtı gecə yarıyadəkdir. Vacib ehtiyat budur ki, qürub vaxtından sübh azanınadək olan vaxt gecə sayılsın. Gecə namazına vaxt tə’yin edərkən həmin vaxt qürubdan gün doğanadək hesablanır.

مسئله شماره 1932Cualənin hökmləri

İşi görəcək insan üçün nəzərdə tutulan malın xüsusiyyətini müəyyən etmək

Məsələ 1932: Əgər bir malı müəyyən edib, məsələn, “hər kəs mənim atımı tapsa bu buğdanı ona verərəm”, desə, vacib ehtiyata əsasən, onun qiymətində tə’sirli olan miqdar və xüsusiyyətlərini müəyyən etməlidir. Əgər malı müəyyən etməsə, məsələn, “mənim atımı tapan şəxsə 100 kq. buğda verərəm” desə, buğdanın qiymətində tə’sirli olan xüsusiyyətləri müəyyən etməlidir. Lakin, əgər cail bu iş üçün müəyyən muzd tə’yin etməyib, “hər kəs mənim itirdiyimi tapsa ona pul verərəm və yaxud (məndən) bir hədiyyə qazanacaq” desə, cüalə batildir. Əgər bir nəfər bu işi görsə, onun muzdunu, yerinə yetirdiyi işin camaatın nəzərində dəyəri olduğu qədər ödəməlidir. Əgər, cailin nəzərində tutduğu məbləğ ondan az olsa, istisnadır. Bu halda nəzərində tutduğunu verməlidir.

مسئله شماره 1936Cualənin hökmləri

İşi görəcək insanın işi yarımçıq qoymasının hökmü

Məsələ 1936: Qeyd etdiyimiz kimi, amil işi natamam saxlaya bilər, lakin, (işi) natamam qoymaq cailin zərər və ziyanına səbəb olsa, onu başa çatdırmalıdır, əks təqdirdə isə zamindir. Məsələn, əgər xəstəyə “gözümdə əməliyyat aparsan filan məbləğdə sənə verərəm” desə və o da əməliyyata başlasa və bu işi natamam saxlamaq gözün naqis olmasına səbəb olsa, heç bir haqqı yoxdur və ona vurduğu zərər və ziyana da zamindir.

مسئله شماره 1937Cualənin hökmləri

İşi yarımçıq qoyanın pul almağa haqqı yoxdur

Məsələ 1937: Əgər amil, natamam qaldıqda faydasız olan bir işi yarıda saxlasa, məsələn, itən əşyanı bir az axtarıb, sonra bu işi davam etdirməsə, heç bir hüququ yoxdur. Həmçinin, işin bir miqdarını görmək faydalı olsa (məsələn, paltarın bir hissəsini tiksə), əgər muzdü tamam iş üçün şərt edibsə, yenə də heç bir hüququ yoxdur. Lakin, məqsədi hər nə qədər iş görsə, o qədər muzd almaq olsa, görülən işin muzdu dərziyə verilməlidir.

مسئله شماره 1832Şərikliyin hökmləri

İşçi şərikliyin şərtlərinə uyğun hərəkət etməlidir

Məsələ 1832: Müamilə etmək üçün şirkət sərmayəsi ixtiyarında qoyulmuş şəxs eyni ilə müqavilə və qeyd edilən şərtlərə əsasən əməl etməlidir. Məsələn, əgər onunla nisyə verməməyi, filan müəssisə və yaxud şirkətlə alver etməməyi və yaxud nisyə verdikdə vəsiqə almağı şərt etsələr, həmin müqaviləyə əməl etməlidir. Əgər ona bu haqda şərt qoymayıblarsa, öz müamilələrini ümumi adətə uyğun olaraq yerinə yetirməlidir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی