مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1974Rəhn malının şərtləri

Əgər borclu adamın zəruri vəsaitdən başqa heç nəyi olmasa

Məsələ 1974: Əgər borclu şəxs girov qoymamışsa və yaşadığı ev, mənzilin zəruri əşyalarıdan başqa malı olmasa, borc sahibi borcunu ondan tələb edə bilməz. Əksinə, (ona) möhlət verməlidir. Lakin, əgər girov qoyduğu mal ev və yaxud mənzilin zəruri əşyalarından olmasa, borc sahibi onu satıb borcunu götürə bilər.

مسئله شماره 1975Rəhn malının şərtləri

Ənənəvi rəhn və icarənin hökmü

Məsələ 1975: Camaat arasında (İranda) ev sahibinə borc verib, az da olsa icarə haqqı ödəmək şərti və yaxud ümumiyyətlə, icarə haqqı verməyərək evini girov götürmək adət halını alıb və ona rəhinli ev deyirlər. Bu iş sələm və haramdır. Doğru yol budur ki, ilk olaraq ev sahibi evi müəyyən məbləğdə, hətta az olsa belə, ona icarəyə versin və icarə əsnasında şərt etsin ki, ona filan qədər borc versin və onun müqabilində evi girov qoysun. Bu halda sələm deyil, halaldır.

مسئله شماره 1976Zəmanət

Zəmanət siğəsi

Məsələ 1976: Əgər insan bir şəxsin borcunu ödəmək üçün zamin olmaq istəsə, siğəni fars, ərəb və yaxud hər hansı bir dildə şifahi olaraq oxuya bilər. Məsələn, “mən filan kəsin borcunu ödəməyə zaminəm” desin və borc sahibi də “qəbul etdim” deməklə qəbul etsin. Həmçinin, zəmanət müqaviləsini zəmanətnamə imzalamaq və yaxud da hər hansı bir vasitə ilə bu işi borc sahibinə başa salmaqla və o da əməli olaraq qəbul etdiyi halda, yerinə yetirmək olar.

مسئله شماره 1977Zəmanət

Zəmanətdən sonra borcun zaminin boynuna düşməsi

Məsələ 1977: Zamin olduqdan sonra borclu şəxsin borcu zəmanətçinin öhdəsinə düşür və borclu şəxsin öhdəliyi götürülür. Əgər zəmanət borclu şəxsin xahişi ilə baş tutubsa, zəmanətçi borcu verdiyi zaman onu sabiq borclu şəxsdən ala bilər. Zamin olmağın başqa bir növü də var, belə ki, bir şəxs bu məsqsədlə başqasının zamini olur ki, əgər borclu şəxs borcunu verməkdə səhlənkarlıq etsə, onu ödəyə bilməsə, borc sahibi borcunu zamindan alsın. Bu növ zəmanət də düzgündür və əksər hallarda banklarda, yaxud kreditlər müqabilində olunan zəmanətlər bu formadadır.

مسئله شماره 1978Zəmanətin şərt və hökmləri

Zamin və borc sahibinin şərtləri

Məsələ 1978: Zəmanətçi və borc sahibi həddi-büluğa çatmış, aqil olmalı və kimsə onları məcbur etməməli, səfih olmamalıdır. Müflis olduğuna görə şəriət hakimi tərəfindən malından istifadəsi qadağan olunan borc sahibi zamin tuta bilməz (yəni borcunu başqasının öhdəsinə qoya bilməz).

مسئله شماره 1979Zəmanətin şərt və hökmləri

Borclu olmayan insan haqqında zəmanət

Məsələ 1979: Borcuna zamin durulan şəxs borclu olmalıdır. Bu baxımdan, başqasından borc alan şəxs, onu almayana qədər, heç kəs onun zamini ola bilməz. Lakin, məsələn, “filankəsi işə götür, bir nasazlıq və yaxud xəyanət qarşıya çıxartsa mən zaminəm” desə, eybi yoxdur və bu zəmanət də e’tibarlıdır.

مسئله شماره 1980Zəmanətin şərt və hökmləri

Borclu, borc sahibi və borcun növünün müəyyən olmasının lazımlığı

Məsələ 1980: Zəmanətdə “borc sahibi”, “borclu şəxs” və “borc alınmış mal” müəyyən olmalıdır. Bu baxımdan, əgər iki nəfərin bir nəfərdə borcu varsa və insan “mən onların biri qarşısında zaminəm” desə, faydasızdır. Həmçinin, əgər iki nəfər bir adama borclu olsa və bir şəxs “mən o iki nəfərdən birinin borcunu verməyə zaminəm” desə, (onlardan heç birini) müəyyən etmədiyi üçün, batildir. Habelə, əgər bir şəxs başqasına 100 kq. buğda və 100 tümən pul borc veribsə və bir şəxs “mən iki borcdan birinə zaminəm” deyib, (hansı birini verəcəyini dəqiqliklə) müəyyən etməsə düzgün deyil.

مسئله شماره 1983Zəmanətin şərt və hökmləri

Borc sahibinin pozmaq haqqı olmayan hallar

Məsələ 1983: Zəmanətçi zamin olduğu vaxt borcu ödəməyə imkanı olsa, borc sahibi onun zəmanətini pozub, öz borcunu birinci borc verdiyi şəxsdən tələb edə bilməz. Həmçinin, əgər zəmanətçi o vaxtda fəqir olsa, lakin borc sahibi bunu bilib, onun zamin olmasına razılıq versə, müqaviləni pozmaq hüququ yoxdur. Lakin, zamin elə həmin vaxtdan fəqir olsa və borc sahibi də (bunu) bilməyib, sonradan xəbər tutsa, onun zəmanətçiliyini poza bilər.

مسئله شماره 1984Zəmanətin şərt və hökmləri

Borclunun icazəsi olmadan zəmanət

Məsələ 1984: Əgər bir şəxs borclu şəxsin icazəsi olmadan onun borcunu ödəmək üçün zamin olsa, ondan bir şey alamağa hüququ yoxdur. Lakin, onun icazəsi ilə olsa, borc sahibinin borcunu ödədikdən sonra, borclu şəxsdən ala bilər.

مسئله شماره 1985Kəfalət

Kəfalət və kəfilin mənası

Məsələ 1985: Əgər birinin başqasına haqqı olsa (məsələn, borc, qisas, diyə və s. kimi), yaxud hansısa bir haqqın iddiasını etsə və onun iddiası isbat olunsa və bu halda bir insan, müttəhimi haqq və yaxud iddia sahibindən azad etdirib, istədiyi vaxt onu ona təhvil verəcəyinə zamin olsa, bu müqaviləyə “kəfalət” və bu işə zamin olan şəxsə “kəfil” deyilir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی