مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 340Dəstəmazın hökmləri

Dəstəmazsız mübarək adlara toxunmaq

Məsələ 340: Dəstəmazı olmayan şəxsin istənilən bir dildə yazılmış Allah adına əl vurması vacib ehtiyata əsasən haramdır. Əgər hörmətsizlik olarsa peyğəmbərin (s), mə’sum imamların və xanım Zəhranın (ə) adına da dəstəmazsız toxunmaq haram sayılır. null

مسئله شماره 341Dəstəmazın hökmləri

Təharət niyyəti ilə dəstəmaz

Məsələ 341: İnsanın daim təharətli qalmaq məqsədi ilə dəstəmaz alması müstəhəbdir. İstər namaza yaxın, istərsə namazdan kənar vaxtda alınmış belə bir dəstəmazla namaz qılmaq olar.

مسئله شماره 343Dəstəmazın hökmləri

Dəstəmaz müstəhəb olan hallar

Məsələ 343: Bir neçə halda dəstəmaz almaq müstəhəbdir: Qur’an oxumaq üçün, meyyit namazı qılmaq üçün, dua üçün, namazdan öncə dəstəmazı təzələmək üçün. Yuxarıda qeyd olunan məqsədlərlə alınmış dəstəmazla dəstəmaz tələb edən bütün işləri görmək olar.

مسئله شماره 344Dəstəmazın hökmləri

Dəstəmazı batil edən işlər

Məsələ 344: Səkkiz halda dəstəmaz batil olur: Sidik xaric olduqda, nəcis xaric olduqda, bağırsaqdan yel xaric olduqda, yatdıqda (elə bir yuxu ki, düşüncəni saxlayır, göz yumulur, qulaq eşitmir; amma göz görməsə qulaq eşitsə dəstəmaz batil olmaz), vacib ehtiyata əsasən, düşüncəni işdən salan bütün işlər, (məstlik, huşsuzluq, divanəlik), qadınlarda istihazə, qüslü vacib edən işlər, insanın meyyitinə toxunmaq.

مسئله شماره 345Cəbirə dəstəmazı

Suyun ziyanı olmadığı yaralar

Məsələ 345: Dəstəmaz üzvlərindən birində yara, irinli-qanlı çiban və ya sınıqlıq olarsa, onların üzəri açıq olduqda, qanlı olmadıqda və su zərər vermədikdə, adi qaydada dəstəmaz almaq lazımdır.

مسئله شماره 346Cəbirə dəstəmazı

Su vurmaq ziyan olan yaralar

Məsələ 346: Əgər yara, çiban və ya sınıq əllərin üzərindədirsə və su zərərli deyilsə, onların ətrafını yumaq bəs edər. Amma rütubətli əli onların üzərinə çəkmək zərər yetirmədikdə bu işi görmək lazımdır. Su zərərli olduqda onların üzərinə parça qoyub rütubətli əli parçanın üzərindən çəkmək müstəhəbdir.

مسئله شماره 347Cəbirə dəstəmazı

Yara məsh yerində olarsa

Məsələ 347: Əgər yara, çiban və ya sınıq məsh yerində olarsa və məsh çəkmək mümkün olmazsa, onların üzərinə pak bir parça qoyub parçanın üzərindən rütubətli əllə məsh çəkmək lazımdır. Vacib ehtiyata əsasən, təyəmmüm də edilməlidir. Əgər onların üzərinə parça qoymaq mümkün olmazsa məshsiz dəstəmaz almaq və vacib ehtiyata əsasən, təyəmmüm etmək lazımdır.

مسئله شماره 348Cəbirə dəstəmazı

Yara parça ilə örtülmüş olarsa

Məsələ 348: Əgər yara, çiban və ya sınıq parça və ya bu kimi şeylə örtülü olarsa, onu açmaq məşəqqət yaratmazsa və su zərər verməzsə, onu açıb dəstəmaz almaq lazımdır. Başqa hallarda onların ətrafını yumaq, müstəhəb ehtiyata əsasən, cəbirə üzərindən məsh çəkmək lazımdır. Əgər cəbirə murdarlanmışsa və ya onun üzərindən əl çəkmək mümkün deyilsə, pak bir parça qoyub rütubətli əli onun üzərindən çəkmək lazımdır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی