Borc müqaviləsini forması
Məsələ 1939: Borc müqaviləsini həm şifahi siğə oxumaqla və həm də əməllə bağlamaq olar. Belə ki, bir şeyi borc məqsədi ilə başqasına versin və o da həmin niyyətlə qəbul etsin. Hər iki halda düzgündür.

Məsələ 1940: Borcda “miqdar” və “mal” müəyyən edilməli, borc verən və borc alan həddi-büluğa çatmış və ağıllı olmalı, habelə səfeh və öz malında istifadə etmək hüququndan məhrum olmamalı, bu işi məcburi, könülsüz və yaxud zarafatyana yox, (öz) iradəsi və məqsədli şəkildə həyata keçirməlidir.
Məsələ 1941: Əgər borc müamiləsində onun (borcun) ödənilməsi üçün bir zaman tə’yin ediblərsə, borc verən şəxs həmin zaman sona yetməyənə qədər borcunu tələb edə bilməz. Əgər zaman tə’yin edilməyibsə, istədiyi vaxtda borcunu tələb edə bilər.
Məsələ 1942: Borc üçün zaman tə’yin edildiyi halda borc alan şəxs zaman sona yetməzdən öncə borcunu qaytarmaq istəsə, borc verən şəxs onu qəbul etməyə məcbur deyil. Əgər zamanın tə’yin edilməsi yalnız borc alan şəxslə yola getmək olsa, borcunu vaxtından tez verdikdə, borc verən şəxs qəbul etməlidir.
Məsələ 1943: Əgər borc verən şəxs borcunu haqqı çatdığı zamanda tələb etsə, borclu şəxs tez onun borcunu qaytarmalıdır və onu yubatmaq günah sayılır. Lakin, borclu şəxsin oturduğu ev, ehtiyac duyduğu mənzil avadanlıqları və s. əşyalardan başqa bir şeyi olmasa, borc verən şəxs səbr etməli və onu ehtiyac duyduğu əşyalarını satmasına məcbur etməməlidir. Amma, borclu şəxs borcunu ödəmək üçün çalışmalı, ticarət, iş və yaxud şəriət hökmlərinə zidd olmayan hər hansı bir vasitə ilə qazanc ələ gətirərək, borcunu ödəməlidir.

Məsələ 1944: Borc aldığı insanı görə bilməyən və onu tapmağa ümidi olmayan şəxs, vacib ehtiyata əsasən, şəriət hakiminin icazəsi ilə, seyyid olub-olmamasından asılı olmayaraq, ondan aldığı borc qədər fəqirə verməlidir.
Məsələ 1945: Əgər meyitin malı vacib xərclərindən, yə’ni kəfən, dəfn və onun borcundan artıq olmasa, malını həmin yolda istifadə etməlidirlər və varislərə heç nə çatmır.
Məsələ 1946: Əgər bir şəxs işlək olan pul, qızıl, gümüş və yaxud bunlardan başqa bir şey borc alsa və sonradan onun dəyəri azalsa, yaxud neçə dəfə artsa, qiymətinin azalıb-çoxalmasından asılı olmayaraq, aldığı həmin miqdarı qaytarmalıdır.
Məsələ 1947: Əgər zaman yetişsə, borc aldığı şey eyni ilə qalsa və borc verən şəxs həmin şeyi istəsə, o malı ona vermək vacib deyil. Amma müstəhəb ehtiyata əsasən, həmin malı ona qaytarsa yaxşıdır.
Məsələ 1948: Borc verən şəxsin verdiyi miqdardan artıq alacağını şərt etməsi, malın çəki və yaxud ədədlə satılıb-satılmamasından asılı olmayaraq, sələm və haramdır. Habelə, borclu şəxsin onun üçün bir iş görməsini, başqa bir mal əlavə etməsini, məsələn, borc aldığı puldan başqa bir miqdar buğda da ona əlavə etməsini, yaxud, bir miqdar düzəldilməmiş qızıl ona borc verib, həmin miqdarı düzəldilmiş şəkildə geri almasını şərt etsə, bütün bunlar sələm və haramdır. Lakin, borc alan şəxsin şərtsiz olaraq, bir miqdar artıq qaytarmasının eybi yoxdur, əksinə, bu iş müstəhəbdir.
Məsələ 1949: Sələm almaq sələm vermək kimi haramdır. Sələm borcu alan şəxs onun (alınan şeyin) maliki sayılmır və ondan istifadə etmək caiz deyil. Lakin, sələm şərti olmadığı halda belə, pul sahibi borc alanın puldan istifadə etməsinə razı olardısa, belə bir halda borc alan şəxs ondan istifadə edə bilər.