Dəstəmazdan sonra suyun ziyanı olduğunu anlamaq
Məsələ 314: Əgər insan dəstəmaz aldıqdan sonra suyun zərərli olduğunu başa düşərsə, dəstəmazı düzgündür.
Məsələ 314: Əgər insan dəstəmaz aldıqdan sonra suyun zərərli olduğunu başa düşərsə, dəstəmazı düzgündür.
Məsələ 315: Əgər az miqdarda suyun zərəri olmazsa, həmin miqdarda su ilə dəstəmaz almaq lazımdır. Əgər soyuq su zərərlidirsə, isti sudan istifadə edilməlidir.
Məsələ 316: 12. (On ikinci şərt) Suyun dəstəmaz üzvlərinə çatmasına maneə olmamalıdır. Əgər bir şəxs dəstəmaz üzvünə nəyinsə yapışdığını bilirsə, amma həmin şeyin suya mane olub-olmadığına şəkdədirsə, həmin şeyi təmizləməlidir.
Məsələ 317: Əgər dırnağın altında azca çirk olarsa, onun dəstəmaza maneçiliyi yoxdur. Amma onu təmizləmək daha yaxşıdır; dırnağı tutsa, suyun bədənə çatmasına mane olan çirki təmizləməlidir. Əgər dırnaq adi həddən uzun olarsa dırnağın altında dəstəmaza mane olan çirk təmizlənməlidir.
Məsələ 318: Yanma və ya başqa bir səbəbdən dəstəmaz üzvlərində suluq kimi qabarıqlıq yaranarsa onu yumaq və üzərindən məsh çəkmək bəs edər. Həmin suluq deşildikdə suyu onun altında dəriyə çatdırmaq lazım deyil. Amma dərinin bir hissəsi qopduqda və qalxıb-yatdıqda suyu onun altına çatdırmaq lazımdır. Bir şərtlə ki, bu işin zərəri olmasın.
Məsələ 319: İnsan dəstəmaz üzvlərində maneə olduğunu ehtimal etdikdə və onun ehtimalı ağlabatan olduqda, araşdırma aparmalıdır. Məsələn, torpaqla və ya boya ilə işlədikdən sonra dəstəmaz üzvündə torpaq və ya rəng qalması ilə bağlı şəkk əsasında araşdırma aparmalıdır.
Məsələ 320: Suyun bədənə çatmasına mane olmayan rənglər dəstəmaza tə’sirsizdir. Amma bu rənglər mane olduqda və ya onların maneçiliyinə şəkk edildikdə, onları təmizləmək lazımdır.
Məsələ 321: Əgər barmaqdakı üzük, qoldakı qolbaq və bu kimi şeylər suyun dəstəmaz üzvlərinə çatmasına mane olmazsa, dəstəmaz düzgündür. Suyun dəriyə çatması üçün həmin əşyaları tərpətmək lazımdır. Əgər insan dəstəmazdan sonra dəstəmaz üzvlərində üzük və ya başqa maneə görsə və onların dəstəmaz vaxtı üzərində olub-olmadığını bilməsə, dəstəmazı düzgündür. Bir şərtlə ki, dəstəmaz zamanı bu şeylərə diqqətli olduğunu düşünsün.
Məsələ 322: Dəstəmazı başa çatdırdıqdan sonra şəkk yaransa ki, dəstəmazın bütün əməlləri yerinə yetirilib, yoxsa yox, eləcə də, dəstəmazın bütün şərtləri ödənib yoxsa yox, bu şəklərə e’tina etmək lazım deyil. Amma dəstəmaz əsnasında şəkk yaranarsa bu işi görmək lazımdır.
Məsələ 323: Dəstəmazlı şəxs dəstəmazın batil olub-olmadığına şəkk edərsə, dəstəmazının qaldığını qəbul etməlidir. Əgər dəstəmazı olmayan şəxs sonradan dəstəmaz alıb-almadığını şəkk edərsə, dəstəmazlı olmadığını qəbul etməlidir.
Məsələ 324: Bir şəxs dəstəmaz aldığını və dəstəmazı pozan bir iş gördüyünü düşünərsə, hansı birinin öncə baş verdiyini bilmədikdə dəstəmaz almalıdır.
Məsələ 325: Bir şəxs dəstəmaz əməllərinə və ya onun şərtlərinə (Məsələn, suyun pak olmasına, dəstəmaz üzvlərində suya maneə olmasında) çox şəkk edərsə, şəkkinə əhəmiyyət verməməli, başqaları kimi hərəkət etməlidir.