Heyz adəti olan və doğuşdan sonra bir ay qan görən qadınlar
Məsələ 494: Bir çox qadınlar doğuşdan sonra bir ay və ya daha artıq müddət özlərində qan müşahidə edirlər. Bu qadınların heyiz adəti olarsa, həmin günlər həddində nifas halında olduqlarını qəbul etməli, on gündən sonra istihazə hökmünə əməl etməlidirlər. On gün keçdikdən sonra heyiz günlərinə təsadüf edərsə heyiz hökmünə əməl etməlidirlər. (Qanda heyiz nişanəsinin olub-olmamasının fərqi yoxdur) əgər heyiz günlərinə təsadüf etməsə, istihazə hökmünə əməl etməlidirlər. Bir şərtlə ki, qanda heyiz nişanəsi olmasın.