Əcirin zəhmət haqqını ödəmək üçün ən yaxşı vaxt
Məsələ 1868: Əcir olmuş fəhlənin muzdunu təri qurumazdan öncə vermək müstəhəbdir. Əgər fəhlənin buna meyli olmasa, məsələn, muzdunu hər ayda almaq istəsə, istisnadır.
Məsələ 1868: Əcir olmuş fəhlənin muzdunu təri qurumazdan öncə vermək müstəhəbdir. Əgər fəhlənin buna meyli olmasa, məsələn, muzdunu hər ayda almaq istəsə, istisnadır.
Məsələ 1869: Əgər icarə verdiyi şeyi icarə edən təhvil versə, amma o, təhvil almasa və yaxud təhvil alıb, ondan istifadə etməsə, icarənin malını ödəməlidir.
Məsələ 1870: Əgər bir şəxs, müəyyən bir gündə hansısa bir işi görmək üçün əcir olsa və təyin edilmiş gündə işi görmək üçün hazır olsa, lakin iş sahibi onu işlətməsə, onun muzdunu verməlidir. Məsələn, əgər bir bənnanı müəyyən gündə bina tikmək üçün əcir etsə və bənna həmin gündə işləməyə hazır olsa, lakin iş sahibi boyun qaçırsa və bənna o gündə işsiz qalsa, onun muzdunu verməlidir. Lakin özü və yaxud da başqası üçün iş görsə, ehtiyata əsaəsn, yalnız (qiymət) fərqini birinci iş sahibindən (ikinci muzd az olan halda) ala bilər.
Məsələ 1871: Əgər icarə müddəti tamam olandan sonra və yaxud icarə əsnasında icarənin batil olmasını anlasa, icarə edən gərək icarə malını adi dəyər (qiymət) miqdarında (müqavilənin qiymətindən az və yaxud çox olmasından asılı olmayaraq) mülk sahibinə versin. Əgər adi dəyər bir ayda min tuməndirsə, o, beş yüz tümənə və yaxud iki min tumənə icarə edibsə, gərək həmin min tuməni versin.
Məsələ 1872: İcarə etdiyi şey tələf və yaxud eyibli olsa, əgər onu qorumaqda səhlənkarlıq etməyib və onun istifadəsində ifrata varmayıbsa, zamin deyil. Məsələn, dərziyə verdiyi parçanı oğru aparsa və yaxud yanğın zamanında tələf olsa, onu qorumaqda səhlənkərlıq etmdəyi halda məs’uliyyət daşımır. Lakin, səhv və yaxud da başqa səbəblər üzündən onu öz əli ilə korlasa və yaxud eyibli etsə, zamindir. Əgər eyib malın özündən olsa, istisnadır. Məsələn, parça elədir ki, ütü vurmaqla xarab olur, bu halda (dərzi) zamin deyil.
Məsələ 1873: Əgər qəssab bir heyvanın başını kəsib, (pullu və pulsuz kəsməsindən asılı olmayaraq,) onu haram etsə, heyvanın qiymətini sahibinə ödəməlidir və bir muzd da tələbkar deyil.
Məsələ 1874: Əgər bir şəxs heyvanı sına biləcək malı aparmaq üçün icarəyə versə, o heyvan titrəyib və yaxud hürküb yükü sındırsa, heyvanın sahibi zamin deyil. Lakin, əgər vurmaq və ona oxşar şeylərin vasitəsi ilə və yaxud xatircəm yollarla heyvanı aparmaqda səhlənkarlıq etsə, heyvan yerə yıxılıb, yük sınsa, zamindir. Habelə, avtomobillərin aşması nəticəsində malların tələf olması da yuxarıda qeyd edilən hökmlə eynidir. Əgər onun qanuna riayət etməməsi və yaxud səhlənkarlığı malın tələf olmasına səbəb olsa, zamindir. Amma saz avtomobilin hansısa səbəbdən bir hissəsi sınıb aşsa, mal tələf olsa, zamin deyil.
Məsələ 1875: Əgər həkim xəstə üzərində əməliyyat apardıqda, uşağı sünnət etdikdə səhlənkarlıq üzündən xəstəyə, uşağa bir zərər yetirsə və yaxud onların ölümünə səbəb olsa, habelə, səhv edib, hansısa ziyana səbəb olsa, zamindir. Lakin, səhlənkarlıq və səhv deyil, başqa səbəblər nəticəsində, xəstə eyibli olsa, yaxud ölsə, bir şərtlə ki, əgər uşağı onun sahibinin icazəsi ilə müayinə edibsə, zamin deyil.
Məsələ 1876: Əgər həkim xəstə üçün bir dərman nüsxəsi yazsa, ona göstəriş versə, şəxsən dərmanı ona yedirtsə və yaxud iynə vursa, müalicəsi səhv olduğundan xəstəyə zərər yetişsə və yaxud ölsə, zamindir.
Məsələ 1877: Etdiyi səhv və xətalar qarşısında zamin olmaq istəməyən həkim və ya cərrah xəstəyə və yaxud onun qəyyumuna- əgər hansısa diqqətsizlik üzündən xəstəyə bir zərər yetişsə zamin deyil, desə, onlar qəbul etdikləri halda lazımi diqqət və ehtiyat etməsi ilə yanaşı xəstəyə zərər yetişsə və yaxud ölsə, həkim və yaxud cərrah zamin deyil.
Məsələ 1878: İcarə edən və malik bir-birlərinin razılığı ilə icarəni poza bilərlər. Habelə, icarədə fəsx hüququ onlardan biri və yaxud hər ikisi üçün nəzərdə tutulubsa, ona uyğun olaraq icarəni poza bilərlər.
Məsələ 1879: Əgər icarə verən və yaxud icarə edən aldandığını bilsə, əvvəlcədən qiymətdən xəbəri olmadığı halda icarəni poza bilər. Lakin icarədə, əgər zərərə düçar olsam belə, müqaviləni pozmaq hüququm yoxdur, deyə şərt etsə, icarəni poza bilməz.