İnqilabın tərif və hökmü
Məsələ 215: Əgər şərab öz-özünə və ya ona bir şey tökməklə sirkəyə çevrilsə, pak olur və belə bir dəyişmə “inqilab” adlanır.
Məsələ 215: Əgər şərab öz-özünə və ya ona bir şey tökməklə sirkəyə çevrilsə, pak olur və belə bir dəyişmə “inqilab” adlanır.
Məsələ 216: Murdar üzümdən çəkilmiş şərab sirkəyə çevrilsə paklanmır. Hətta şərab xaricdən murdarlanarsa sirkəyə çevrildikdən sonra ondan çəkinmək vacibdir. Eyni zamanda, murdar üzüm, kişmiş və xurmadan hazırlanmış sirkə murdardır.
Məsələ 217: Üzümü çöpləri ilə sirkəyə töksələr, adətən, sirkə olmazdan qabaq şəraba çevrilir. Bu maye daha sonra sirkə halına düşür. Bu vaxt pak olur. Amma xiyar, badımcan və bu kimi şeyləri sirkəyə tökərlərsə vacib ehtiyata əsasən ondan çəkinmək lazımdır.
Məsələ 218: Yeməyə tökülmüş kişmiş və xurma qaynasa belə halaldır.
Məsələ 219: Üzüm suyu odda qaynasa murdar olmaz. Amma onu yemək haramdır. Amma qaynadığı vaxt üçdə ikisi azalarsa və üçdə biri qalarsa halal olar. Əgər öz-özünə qaynayıb məstedici olarsa, həm murdar, həm də haramdır. Bu maye yalnız sirkəyə çevrilməklə pak və halal olur.
Məsələ 220: Əgər qora salxımında üzüm gilələri olarsa və su bütün salxımı əhatə edərsə, ona “abqura” deyərlər və bu maye qaynamaqla murdar və haram olmaz.
Məsələ 221: Əgər bir şeyin qora və üzüm olması mə’lum deyilsə, odda qaynadıqda haram olmaz.
Məsələ 222: Satıcı bu Məsələlərdən xəbərdar olduqda ondan alınan şirə pak və halaldır, axtarışa ehtiyac yoxdur.
Məsələ 223: Əgər insanın və ya atıcı qanı olan heyvanın qanı atıcı qanı olmayan heyvanın bədəninə köçərsə və həmin heyvanın qanı sayılarsa pakdır. Bu proses köçürmə (“intiqal”) adlanır. Bu əsasla, ağcaqanadın bədənindən sayılan qan insandan götürülsə belə pakdır. Amma zəlinin insandan sovurduğu qan pak deyil. Çünki bu qan onun bədənindən sayılmır.
Məsələ 224: Əgər ağcaqanaddan çıxan qanın yenicə sorulduğu və ya öz bədənindən olduğu mə’lum deyilsə, pakdır. Amma qan nə qədər ki, ağcaqanadın öz bədənindən sayılmır, murdardır.
Məsələ 225: Murdarlar haqqında danışarkən qeyd etdik ki, vacib ehtiyata əsasən, kafirdən çəkinmək lazımdır. Əgər kafir şəhadət kəlmələrini söyləsə (“Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah”) müsəlman olar və bədəni paklanar. Amma bədənində murdarın əsli olarsa, onu təmizləyib yerini suya çəkməlidir. İslamı qəbul etməzdən qabaq bədənindən murdarı təmizləyərsə, onu suya çəkməsi lazım deyil.
Məsələ 226: Kafir İslamı qəbul etdikdə, vacib ehtiyata əsasən, onun əynindəki paltar paklanmır.