Məsələ 1804: Sələf müamiləsinin altı şərti var:1-Gərək malın qiymətdə təsir qoyan xüsusiyyət və keyfiyyətləri müəyyən edilsin. Lakin, çox diqqət (etmək) lazım deyil. “Onun keyfiyyətləri mə’lum olub”, deyilməsi kifayət edir. Bu baxımdan da xüsusiyyətlərinin vəs olunması mümkün olmayan malların (bə’zi dəri, ət və xalçalar kimi) sələf müamiləsi batildir; 2-Alıcı və satıcı bir-birlərindən ayrılmazdan qabaq qiymətin hamısı ödənilməlidir. Əgər qiymətin müəyyən hissəsini ödəsə, müamilə həmin miqdarda düzgündür. Lakin, satıcı müamiləni poza bilər; 3-Müddəti tamamilə müəyyən etməlidir, məsələn, malı xırmanın ilk vaxtı təhvil verərəm, desə (və xırmanın ilk vaxtı müəyyən olmasa,) müamilə batildir; 4-Malı təhvil vermək üçün elə vaxt təyin etməlidirlər ki, adətən həmin vaxtda o mal olur; 5-Vacib ehtiyata əsasən, hansı şəhərdə, məntəqədə malın təhvil verilməsi məkanı tə’yin edilsin. Əgər onların sözlərindən məkan mə’lum olsa, istisnadır; 6-Gərək onun çəki və peymanəsini tə’yin etsinlər. Amma, adətən görməklə müamilə olunan mal olsa (müxtəlif növlü əksər xalçalar kimi), xüsusiyyətləri sadalamaqla sələfə satsa, işkalı yoxdur. Lakin, onların hər birinin fərqləri camaatın əhəmiyyət vermədiyi miqdarda az olmalıdır.