Bir materialdan düzəlmiş müxtəlif malların ticarəti
Məsələ 1772: Eyni kökdən olan müxtəlif malların müamiləsi fərqlə iradlıdır. Məsələn, 10 kq. yağı 20 kq. pendirə, 50 litr südü 15 kq. kərə yağına satmaq kimi.
Məsələ 1772: Eyni kökdən olan müxtəlif malların müamiləsi fərqlə iradlıdır. Məsələn, 10 kq. yağı 20 kq. pendirə, 50 litr südü 15 kq. kərə yağına satmaq kimi.
Məsələ 1773: Buğda və arpa sələmdə eyni növ hesab olunur. Bu baxımdan 10 kq. buğdanı 20 kq. arpaya və yaxud əksinə müamilə etmək olmaz. Hətta 10 kq. arpa alıb, xırman vaxtı 10 kq. arpa verməsi də haramdır. Çünki, arpanı nağd alır, bir müddətdən sonra isə buğdanı verir. Bu, artıq almaq kimidir.
Məsələ 1774: Bir neçə yerdə sələm almaq haram deyil:1-Müsəlman şəxsin İslam sığınacağında olmayan kafirdən sələm alması;2-Ata və övladın bir-birindən sələm alması;3-Ər-arvadın bir-birindən sələm alması.
Məsələ 1775: Alıcı və satıcı üçün bir neçə şey şərt sayılır:1-Həddi-büluğa çatmaq, 2-Aqil olmaq, 3-Malında təsərrüf etmək hüququndan məhrum olmamaq (bəzi şəxslər kimi, müflis olmaları ilə əlaqədar şəriət hakimi tərəfindən malında istifadə etmək hüququndan məhrum olmamaq) 4-Qarşı tərəflərin müamilə etmək üçün ciddi məqsədləri olması. Zarafatla, “malımı satdım” deməsi təsirsizdir. 5-Kimsə onları məcbur etməməlidir. 6-Alınan və satılan mal ya onların şəxsi mülkü, ya mal sahibinin vəkil və yaxud da azyaşlı uşağın qəyyumu olmalıdır.
Məsələ 1778: Müamiləyə məcbur edilən alıcı və satıcı sonradan razılıq versə, (müamiləsi) düzgündür və müstəhəb ehtiyata əsasən, müamilənin siğəsini yenidən oxumalıdır.
Məsələ 1779: Əgər bir nəfərin malını onun icazəsi olmadan satsalar və o, sonradan icazə və razılıq versə, müamilə düzgündür.
Məsələ 1780: Uşaq üçün məsləhətli olduğu halda, ata və babasının, həmçinin, canişinin və şəriət hakiminin (vacib ehtiyata əsasən) uşağın malında istifadə etmək, alıb-satmaq hüququ var.
Məsələ 1781: Qəsb etdiyi malı satsa, sonradan malın sahibi ona özü üçün icazə versə, onun müamiləsi düzgündür.
Məsələ 1782: Satılan mal və onun əvəzinə alınan şeyin bir neçə şərti var: 1-Malın miqdarı çəki, peymanə və yaxud say hesabı ilə mə’lum olmalıdır; 2-Onu təhvil verməyə qadir olmalıdır. Bu baxımdan, hətta ona bir şey artırılsa belə (vacib ehtiyata əsasən), fərari heyvanın satılması düzgün deyil; 3-Cinsin dəyəri və camaatın müamiləyə maraq göstərməsində tə’siri olan xüsusiyyətlər müəyyən edilməlidir; 4-Malda və yaxud onun əvəzində başqa bir şəxsin haqqı olmasın. Bu baxımdan, bir nəfərin yanında girov qoyulan malı onun icazəsi olmadan satmaq olmaz. Həmçinin, alıcı pulun yerinə mülkünün mənfəətini verə bilər. Məsələn, bir nəfərdən xalça alıb, əvəzində evinin bir illik mənfəətini onun öhdəsində qoya bilər. Alıcı və satıcı malın qiymətini tə’yin etməkdə azaddır. Lakin, bu azadlıq bəzi vaxtlarda fəsada, İslam cəmiyyətinin iqtisadi durumunun pozulmasına səbəb olsa, belə hallarda şəriət hakimi mala qiymət tə’yin edib hamını ona əməl etməyə məcbur edə bilər.
Məsələ 1783: Müamiləsi görməklə baş tutan malların, məsələn, ev, avtomobil, müxtəlif xalçalar kimi, müşahidəsiz müamiləsi düzgün deyil.
Məsələ 1784: Əgər bir şəhərdə malı çəki, peymanə və başqa bir şəhərdə isə saymaq, yaxud müşahidə ilə müamilə edirlərsə, gərək hər şəhərin adət-ən’ənəsinə uyğun rəftar edilsin.
Məsələ 1785: Yuxarıda qeyd edilən şərtlərdən biri olmadıqda müamilə batildir. Lakin, alıcı və satıcı, müamilənin batil olmasına rəğmən, bir-birlərinin mallarında istifadə etməyə razı olsalar, maneəsi yoxdur.