Ləhv və ləib alətlərinin alğı-satqısı
Məsələ 1761: Tar, saz və hatta kiçik saz kimi eyş-işrət alətlərinin alqı-satqısı haramdır. Əgər müştərək alət və ya oyuncaq olsa və yaxud eyş-işrət aləti sayılmasa, istisnadır.
Məsələ 1761: Tar, saz və hatta kiçik saz kimi eyş-işrət alətlərinin alqı-satqısı haramdır. Əgər müştərək alət və ya oyuncaq olsa və yaxud eyş-işrət aləti sayılmasa, istisnadır.
Məsələ 1762: Halal məqsədlərlə istifadə olunan, əhəmiyyətli və şəriət baxımından heç bir iradı olmayan radio, televizor və s. cihazların alqı-satqısı caizdir. Lakin, istifadəsi halal olan bir şeyi yalnız haram işlərdə məsrəf edən (məsələn, üzümü şərab zavoduna satmaq) şəxsə satsa, müamiləsi haramdır.
Məsələ 1763: Heykəl düzəltməyin və (onun) alqı-satqısının eybi var. Lakin, üzərində qabarıq rəsmlər olan əşyaların alqı-satqısının eybi yoxdur. Eləcədə uşaq oyuncağı olan kuklaların alqı satqısının eybi yoxdur.
Məsələ 1764: Qumar, oğurluq və batil müamilələrdən ələ gələn şeylərin alqı-satqqısı haram və batildir. Onlardan istifadə etmək caiz deyil. Onu alan şəxs əsil sahibinə qaytarmalıdır. Əgər sahibini tanımırsa, şəriət hakiminin göstərişinə əməl etməlidir.
Məsələ 1765: Əsil olmayan, məsələn, parafin və yaxud başqa malla qarışdırdığı yağı müəəyyən edib satsa, məsələn, bu yağı satıram, desə, müştəri başa düşdüyü vaxtda mümailəni poza (fəsx edə) bilər. Lakin onu müəyyən etməsə, filan miqdar yağı satıram, desə, lakin, satan vaxt əsil olmayan mal versə, müştəri onu geri qaytarıb, əsil malı ala bilər.
Məsələ 1766: Sələmçilik haramdır və o, iki qisimdir:Birincisi, borcda sələm. Allahın istəyi ilə, (bu haqda) “Borc” məsələsində söz açılacaq.İkincisi, müamilədə sələm. Çəki və yaxud peymanə (mayeləri ölçmək üçün qab) ilə satılan malın eyni növdən olan çox mala satılması. Məsələn, bir “mən” (“mən” çəki vahididir, təqribən 3 kq-dır) buğdanı bir mən yarım buğdaya satsın. İslam rəvayətlərində sələm kəskin şəkildə tənqid edilib və çox böyük günahlardan biri hesab olunur.
Məsələ 1767: Əgər o iki malın biri eyibli, digəri eyibsiz, biri keyfiyyətli, digəri keyfiyyətsiz və yaxud ayrı cəhətlərinə görə müxtəlif qiymətli olsalar, misal olaraq, 10 kq. keyfiyyətli buğdanı verib, 15 kq. keyfiyyətsiz buğda alsa, sələm və haramdır. Bu baxımdan, düzəldilmiş qızılı verib, ondan daha çox olan düzəldilməmiş qızıl, düzəldilməmiş mis verib, ondan daha çox sınmış mis və ə’la növ düyü verib, ondan daha çox ikinci, üçüncü dərəcəli düyü alsa, sələm və haramdır. Habelə, eyni növdən olmayan bir şey artıq alsa, məsələn, 10 kq. keyfiyyətli buğda verib, 10 kq. keyfiyyətsiz buğda və əlavə olaraq 10 tuman alsa, sələm və haramdır. Əgər bir şey almasa lakin, müştərinin onun üçün bir işi görməsini şərt etsə, o da sələm və haram sayılır.

Məsələ 1768: Əgər bir nəfər (müəyyən edilmiş növdən) az verib ayrı bir malı da ona əlavə etsə, məsələn, 10 kq. buğda və bir metr parçanı 15 kq. buğdaya satsa, eybi yoxdur. Habelə, əgər hər iki tərəfə başqa bir şey əlavə etsələr, (yuxarıda qeyd edilən hökmlə eynidir). Lakin, bəziləri arasında adət halı almış, ciddi məqsəd güdülməyən sələm hiylələri kimi, bir nəfərə borc verib yüksək məbləğə malik olan mənfəətini bir sir (75 qrama bərabər olan çəki vahidi) nabatla razılaşmaları batil və əsassızdır və artıq məbləğ sələm hesab olunur.
Məsələ 1769: Çəki və peymanə ilə deyil, ədəd və metrlə satılan malları- yumurta, parça, bir çox qablar və yaxud müşahidə ilə satılan- əksər heyvanlar kimi, az sayı çox saya satmalarının eybi yoxdur.
Məsələ 1770: Bə’zi şəhərlərdə çəki və peymanə və bəzi şəhərlərdə isə sayla satılan malları əgər çəki və peymanə ilə satılan şəhərdə artıq alsalar, sələm və haramdır. (məsələn yumurta bu gunlərdə bəzi bölgələrdə saynan və bəzilərində isə çəki ilə satılır) Əgər o şəhərdə ki, çəki ilə satılır çox alsa sələm və haramdır başqa şəhərdə isə eybi yoxdur.
Məsələ 1771: Eyni növdən olmayan malların hər bir vasitə ilə alqı-satqısı, məsələn, 10 kq. düyünü 20 kq. buğdaya satmaq maneəsizdir.