Fitrə malını dəyişmək icazəli deyil
Məsələ 1728: Fitrə üçün kənara qoyduğu malı başqa bir malla əvəz edə bilməz. Gərək onun özünü fitrə üçün versin.
Məsələ 1728: Fitrə üçün kənara qoyduğu malı başqa bir malla əvəz edə bilməz. Gərək onun özünü fitrə üçün versin.
Məsələ 1729: Əgər fitrə üçün kənara qoyduğu malı səhlənkarlıq edib fəqirə vermədiyindən aradan getsə, onun əvəzini verməlidir. Lakin (fəqirə) verə bilmədiyi və (onun) qorunmasında səhlənkarlıq etmədiyi halda, ona bir şey vacib olmaz.
Məsələ 1730: Əgər insan, qiyməti fitrədən çox olan malının bir miqdarını fitrə verəcəyini niyyət etsə, iradlıdır.
Məsələ 1731: Vacib ehtiyata əsasən, fitrə zəkatı həmin məntəqədə istifadə edilməlidir. Məsələn, ayrı şəhərdə olan qohumları üçün göndərə bilməz. Əgər o məntəqədə müstəhəq olmadıqda isə istisnadır. O məntəqədə müstəhəqq olduğu halda fitrəni başqa bir şəhərə apardıqda tələf olsa, zamindir. Lakin, şəriət hakimi ehtiyaclıların məsləhəti üçün onu ayrı şəhərə aparmalarını icazə verə bilər.
Məsələ 1732: Əvvəllər qeyd edildiyi kimi, vacib ehtiyata əsasən, fitrə zəkatını fəqir və miskinlərdən başqa yerlərdə istifadə etmək olmaz. Habelə, onunla iş yerləri açıb mənfəətini ehtiyaclıların xidmətində qoymaq olmaz. Lakin, onunla ehtiyaclı şəxslər üçün, məişətlərini təmin etmək qədər sərmayə hazırlamaq caizdir.
Məsələ 1733: Allahın evini ziyarət etməyə və həcc mənasikləri adlanan əməlləri yerinə yetirməyə “Həcc” deyilir və Həcc aşağıda qeyd edilən şərtlərə malik olan şəxslərə ömürndə bir dəfə vacibdir:1-Həddi-büluğa çatmaq; 2-Aqil olmaq; 3- Həcci yerinə yetirməklə həccdən mühüm olan vacib bir əməl tərk olmasın; Şəriətdə (tərk olunmasının) əhəmiyyəti həccdən daha artıq olan haram bir işə qurşanmasın; 4-İstitaət. Bu , bir neçə şeylə hasil olur: 1) Yol azuqəsi, səfərdə ehtiyaclı olduğu şeylər, ehtiyac duyduğu minik və yaxud bunları hazırlaya biləcək mal; 2) Yolda maneçiliyin olmaması, canına, malına, namusuna yetişəcək təhlükə qorxusunun olmaması. Əgər yol bağlıdırsa və yaxud bir təhlükə qorxusu varsa, həcc ona vacib deyil. Lakin, uzaq olmasından aslı olmayaraq, əgər ayrı bir yol varsa, o yolla həccə getməlidir; 3)Həcc əməllərini yerinə yetirmək üçün canı sağlam olmalı; 4) Məkkəyə və həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxtın olması; 5) Şəriət baxımdan və ya camaatın nəzərində xərcləri ona vacib olan şəxslərin xərclərinə malik olmaq; 6) Qayıdandan sonra məişətini təmin etmək üçün mala, ticarətə və yaxud işə malik olmaq.
Məsələ 1734: Ehtiyacları şəxsi evi olmadan tə’min olunmayan bir kəsə evin puluna malik olduğu halda həcc vacib olur. Lakin, əgər icarə, vəqf edilmiş və buna oxşar evlərdə yaşaya bilirsə, istitaətli (həccə imkanlı) hesab olunur.
Məsələ 1735: Əgər bir qadının həccə getmək üçün malı varsa, lakin, qayıtdıqdan sonra nə əri və nə də özü məişətini təmin edə bilməyəcəksə, həcc ona vacib deyil.
Məsələ 1736: Əgər bir nəfərin həccə getməyə xərci olmasa, lakin ayrısı həccə getmək üçün ona müəyyən mal bağışlayır və yaxud ixtiyarında qoyur və bu müddətdə arvad-uşağının da xərclərini ödəyirsə, belə bir şəxsə həcc vacibdir. Borclu olduğu və qayıtdıqdan sonra da məişətini təmin etmək üçün kifayət qədər vəsaiti olmadığı halda belə, ona bu hədiyyəni qəbul etmək vacibdir. Əgər onda (bağışlanılan və yaxud ixtiyarında qoyulan malda) minnət, zərər, dözülməz çətinlik olsa, istisnadır. Bu həcc onun vacib həccinə kifayət edir.
Məsələ 1737: Həcc xərclərinə malik olan borclu şəxs, öz borcunu qaytardığı halda həccə getmək imkanı əldən verərsə, belə bir şəxs istitaətli deyil. Əgər borc aldığı şəxs tələsməsə və sonradan onun borcunu verməyə qadir olacağına əmin olsa, istisnadır.
Məsələ 1738: Əgər bir şəxsə və yaxud karvanda qulluq etmək üçün bir nəfəri əcir etsələr və bu minvalla öz həccini yerinə yetirsə, bu, onun vacib həcci hesablanır. Lakin, belə bir həcci qəbul etmək vacib deyil.
Məsələ 1739: Borc almaqla istitaətli ola bilən bir şəxsə həcc vacib deyil. Lakin, bir neçə nəfər bir şəxsin həcc və ailəsinin xərclərini verdiyi halda, ona həcc vacibdir.