İki paltarından birinin nəcis olmasını bilənlər
Məsələ 745: Bir şəxsin iki libasından biri murdardırsa və onların hansı birinin murdar olduğunu bilmirsə, onlardan heç biri ilə namaz qıla bilməz. Hər ikisini suya çəkməlidir. Bunu edə bilməsə, namazlarını ayrı-ayrılıqda hər iki libasla qılmalıdır.