مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1525Qazanc və işdən gələn mənfəət

Bankların hədiyyələrinin xümsü

Məsələ 1525: Bankda yerləşdirilən pullara verilən hədiyyələr, əgər müştəri ilə (bankda pul qoyanla) bank arasında heç bir müqavilə imzalanmayıbsa, haladır. Ehtiyat vacibə əsasən, ilin ötməsi ilə onun xümsü vacib olur. Bu, müştərinin özünü tələbkar bilməmədiyi, yalnız bank sahibi müştərilərini həvəsləndirmək qəsdi ilə hədiyyə verdiyi haldadır.

مسئله شماره 1526Mədən

Mədəndən çıxan məmulatların xümsünü necə hesablamalı

Məsələ 1526: Mə’dəndən qızıl, gümüş, qurğuşun, dəmir, mis, daş kömür, neft, kükürd, firuzə, duz və başqa mə’dən adlanan hər şey, müxtəlif filizlər əldə edildikdə xümslarının verilməsi vacibdir. Bunların vacib ehtiyata əsasən, müəyyən hədləri yoxdur. Yəni istər çox, istərsə də az olsun, xümsü var.

مسئله شماره 1528Mədən

Hər bir şəraitdə mədən məmulatına xüms düşür

Məsələ 1528: İstər mə’dən yerin səthində olsun, istərsə də dərinliyində; istər mülki yer olsun, istərsə də sahibsiz, onu çıxardan istər müsəlman olsun, ya qeyri-müsəlman, həddi-büluğa çatmış olsun və yaxud az yaşlı, bütün hallarda onun xümsü verilməlidir. Uşaq olduğu halda onun qəyyumu verməlidir.

مسئله شماره 1529Mədən

Mədən məmulatını çıxarmağın xərcləri

Məsələ 1529: Mə’dənin çıxardılması üçn xərclənən pul, onun saflaşması (əgər saflaşmasına ehtiyac olsa) və yaxud mə’dən üçün icarənin ödənilən miqdarı azaldıldıqdan sonra, yerdə qalan hissənin xümsü var. Lakin, illik xərc mə’dən gəlirindən azaldılmır.

مسئله شماره 1530Mədən

Bir neçə nəfərin mülkiyyəti olan mədən

Məsələ 1530: Əgər bir neçə nəfər mə’dəndən bir şey çaxartsalar, az və ya çox olmasından asılı olmayaraq, xərclər azaldıqdan sonra, vacib ehtiyata görə, xümsünü verməlidirlər (vacib ehtiyata əsasən).

مسئله شماره 1531Mədən

Başqasının yeri sayılan mədən

Məsələ 1531: Başqasının mülkündə olan bir mə’dəni istixrac etsələr əldə olunan şeylər mülkün sahibinə məxsusdur. Mülkün sahibi onların çıxarılmasına bir şey xərcləmədiyindən, mə’dəndən çıxarılanların hamısının xümsünü verməlidir. Əgər bu iş onun göstərişi ilə icra edilibsə, xərc onun öhdəsinə düşür və mə’dənin mənfəətindən azaldılır.

مسئله شماره 1532Mədən

Mübah və yaxud mülki ərazidə olan nəhəng mədənlər

Məsələ 1532: Mə’dən böyük, mübah və ya mülki bir yerdə olan mədənlərdən olsa, şəriət hakimi (adil müctəhid) onun çıxarılmasına və müsəlmanların məsləhətinə uyğun yerlərdə xərclənməsinə nəzarət etmək hüququ var. Belə olan halda, mə’dənçilər şəriət hakiminin nəzərinə riayət etməlidirlər.

مسئله شماره 1534Xəzinə

Xəzinə nəyə deyilir

Məsələ 1534: Yerin altında, dağda, divarda, ağacın içərisində, gizlədilmiş mala, xalq arasında belə qəbul olunduğu halda, xəzinə deyilir.

مسئله شماره 1535Xəzinə

Başqasının torpağında tapılan xəzinən hökmü

Məsələ 1535: Əgər insan bir kəsin şəxsi mülkü olmayan yerdə xəzinə tapsa və xəzinənin sahibi heç bir halda tanınmasa, onun şəxsi malı hesab olunur və xümsünü da verməlidir. Habelə, əgər başqasından aldığı yerdə xəzinə tapsa və onun, yerin keçmiş sahiblərindən birinin olmadığını bilsə, öz malı sayılır, onun xümsünü verməlidir. Əgər malın onlardan birinin olduğunu ehtimal verərsə, vacib ehtiyata əsasən, əvvəlki sahibinə xəbər verməlidir. Əgər onun olmadığı mə’lum olarsa, ondan əvvəlki sahibinə xəbər verməlidir. Bu minvalla ondan qabaq tanıdığı bütün yerin sahiblərinə xəbər verməlidir. Əgər onların heç birinin olmadığı bilinsə, mal onundur, xümsünü də verməlidir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی