Xüms malından və zəkat malından gələn gəlirə xüms düşür
Məsələ 1479: Müstəhəqq şəxslərin xüms və yaxud zəkat ünvanı ilə aldığı şeylərin, illik xərclərindən çox olsa belə, xümsü yoxdur. Lakin, əgər ona bu vasitə ilə verilən maldan müəyyən mənfəət əldə etsə, məsələn, ona xüms kimi verilən ağacdan meyvə əldə etsə, illik xərclərindən artıq qalan hissənin xümsünü verməlidir.