Gümüşün nisabı
Məsələ 1616: Gümüşün də iki nisab həddi var:Birincisi, 105 adi misqaldır; əgər bu miqdara çatsa və digər şərtlər də mövcud olsa, insan onun qırxda birini (iki yarım faizini) zəkat ünvanı ilə ödəməlidir. Əgər bu miqdara çatmasa, zəkatı vacib deyil.İkincisi, 21 misqaldır. Yə’ni 21 misqal 105 misqala əlavə olunsa, bütün 126 misqalın zəkatı verilməlidir. Əgər 21 misqaldan az əlavə olunsa, 105 misqalın zəkatı vacibdir. Artığının zəkatı yoxdur. Həmçinin, nə qədər yuxarı getsə, lakin hesabın asan olması üçün insan sahibi olduğu qızıl və gümüşün iki ayırım faizini ödəyərsə, ona vacib olan zəkatı vermişdir. Bəzən də, vacib miqdarından çox vermişdir.