Varislər bir neçə oğlan ya da bir neçə qızdan ibarət olarsa
Məsələ 2355: Əgər meyitin varisi birinci qrupdan yeganə şəxs olarsa (məsələn, ata və ya ana, ya da bir oğul və ya bir qız) meyitin bütün malı ona çatır. Əgər bir neçə oğul və ya bir neçə qız olarsa, mal onlar arasında bərabər bölünür. Əgər həm qız, həm də oğlan övladlar varsa mal elə bölünər ki, oğlanlar iki, qızlar bir pay götürsün.