مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1890Muzariənin hökmləri

Qazanc olmadıqda bölgü qaydası

Məsələ 1890: Əgər müzariənin müddəti sona yetsə və əkinçinin səhlənkarlığı üzündən məhsul ələ gəlməsə, torpaq sahibi əkinçini əkini biçməyə məcbur edə bilər; lakin, ilin təxirə düşməsinə görə olsa (rəsm olduğu kimi) malik səbr etməlidir. Əgər heç biri olmasa, əkini dərmək əkinçinin zərərinə səbəb olsa və malik bir zərər görməsə, yenə də səbr etməlidir. Amma zərər ona yönəldiyi halda əkinçini əkini dərməyə məcbur etməyə haqqı var.

مسئله شماره 1891Muzariənin hökmləri

Əkinçilik mümkün olmadıqda

Məsələ 1891: Əgər hansısa bir hadisə ilə bağlı torpaq sahəsində əkinçilik mümkün olmasa, məsələn, yeraltı su kanalları xarab olub, su kəsilsə, bu zaman, bir az ələ gələn əkin, hətta heyvanlara verməyə yararlı olan ot olsa belə, o miqdar, müqaviləyə əsasən, onların hər ikisinin malıdır, qalan hissəsində müzariə batildir.

مسئله شماره 1893Muzariənin hökmləri

Muzariəni pozmaq mümkün olan hallar

Məsələ 1893: Torpaq sahibi və əkinçi bir-birlərinin razılığı olmadan müzariəni poza bilməzlər. Lakin, müqavilə zamanı hər ikisi və yaxud onlardan biri üçün müqaviləni pozmaq hüququ müəyyən ediblərsə, müqaviləyə uyğun olaraq, müamiləni pozsun.

مسئله شماره 1894Muzariənin hökmləri

Yer sahibinin ya da əkinçinin ölümü

Məsələ 1894: Əgər müqavilədən sonra torpaq sahibi və yaxud əkinçi ölsə, müzariə pozulmur və varisləri onların yerlərinə gələcəklər. Lakin, əgər əkinçi ölsə, şəxsən özü əkinçilik etməsini şərt etsə, müzariə pozulur. Əgər əkin cücəribsə onun payını varislərinə verməlidirlər. Lakin, varis torpaq sahibini əkinin torpaqda qalmasına məcbur edə bilməz. Əgər onu dərmək onların zərərinə olarsa, istisnadır.

مسئله شماره 1895Muzariənin hökmləri

Əkinçilikdən sonra muzariənin batil olmasından xəbərdar olmaq

Məsələ 1895: Əgər əkinçilikdən sonra və məhsul sona yetməzdən qabaq müzariənin batil olmasını başa düşsə, toxum torpaq sahibinin olsa, əkin ona (torpaq sahibinə) məxsusdur və əkinçinin muzdunu rəsmə uyğun olaraq ödəməlidir. Əgər toxum əkinçinin olsa, əkin onundur və rəsmə uyğun olaraq icarə haqqını torpaq sahibinə verməlidir. Əgər müddətin sonuna qədər əkinin öz torpağında qalmasına razılıq verməsə, əkinçi onu biçməlidir. Lakin, bu iş onun zərərinə səbəb olsa, istisnadır. Həmçinin (əkinin) torpaqda qalması, malın icarə haqqını ödəməsi malik üçün zərər yaratmamalıdır.

مسئله شماره 1897Musaqat

Musaqatın mənası

Məsələ 1897: Əgər bir şəxs öz meyvə ağaclarını müəyyən müddət ərzində suvarıb qulluq etmək üçün başqasına versə və əvəzində ona meyvə payı ayırsa, belə müamiləyə “musaqat” deyilir.

مسئله شماره 1898Musaqat

Musaqatın hüdudları

Məsələ 1898: Meyvə ağaclarından əlavə, güllərindən gülab və s. kimi istifadə edilən gül kollarının, yarpaqlarından istifadə edilən xına, sedr ağaclarının və yaxud şirə və qətranından istifadə edilən ağacların musaqat müamiləsi düzgündür. Lakin, bu xüsusiyyətləri olmayan ağaclar haqqında musaqat düzgün deyil.

مسئله شماره 1899Musaqat

Şifahi və muatat formasında siğə

Məsələ 1899: Musaqat müamiləsində siğə oxumaq olar. Həmçinin, əgər ağac sahibi musaqat məqsədi ilə onu işləyən şəxsin ixtiyarında qoysa və o da həmin məqsədlə təhvil alsa, siğə oxumadıqları halda belə, müamilə düzgündür. (Lakin müddət və bə’zi şərtlər üçün əvvəlcədən lazımı danışıqlar aparılmalıdır.)

مسئله شماره 1900Musaqat

Musaqatın şərtləri

Məsələ 1900: Musaqatın bir neçə şərti var:1-Malik və bağ qulluqçusu həddi-büluğa çatmış, aqil olmalıdır; 2-Heç kəs onları bu işə məcbur etməməlidir; 3-Öz malından istifadə etmək hüququndan məhrum olmamalıdırlar; 4-Musaqatın müddəti məlum olmalıdır. Əgər onun başlanğıcını müəyyən etməyib, axırını o ildə məhsulun yetişdiyi vaxtı təyin etsələr, düzgündür; 5-Hər birinin payı yarısı, üçdə biri və yaxud bunlara oxşar olmalıdır. Bu baxımdan, məsələn, bir ton meyvə bağ sahibinin, qalanı isə bağda işləyənin olmasını şərt etsələr, müamilə batildir; 6- Müamilənin şərtləri meyvələr cücərməzdən öncə tə’yin edilməlidir. Əgər meyvələr cücərəndən sonra, lakin yetişməzdən öncə təyin etsələr və belə ki, meyvənin inkişafı üçün lazım olan suvarmaq, dərman səpmək kimi işlər qalmış olsa, musaqat düzgündür, əks təqdirdə iradı var. Əgər yalnız meyvələri dərmək, onları qorumaq kimi işlərə ehtiyac duyulsa, onların müqaviləsi düzgündür, lakin musaqat deyil.

مسئله شماره 1901Musaqatın hökmləri

Yemiş və xiyar kolları üçün musaqat

Məsələ 1901: Əgər yemiş, xiyar və s. bitkilər üçün aydın şəkildə müqavilə bağlayıb, dərilənlərin sayını və hər birinin payını müəyyən etsələr, musaqat olmamasına baxmayaraq, (müamilə) düzgündür.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی