Namazdan sönra qəsbin hökmlərini öyrənmək
Məsələ 795: Əgər bir şəxs bir yerin qəsbi olduğunu bilərsə, amma qəsbi yerdə namaz qılmaqla bağlı məsələdən xəbərsiz olarsa, orada qıldığı namazı vacib ehtiyata əsasən, təzələməlidir.
Məsələ 795: Əgər bir şəxs bir yerin qəsbi olduğunu bilərsə, amma qəsbi yerdə namaz qılmaqla bağlı məsələdən xəbərsiz olarsa, orada qıldığı namazı vacib ehtiyata əsasən, təzələməlidir.
Məsələ 796: Vacib namazı süvari halda qılmağa məcbur olar şəxs miniyi, yəhəri, üzəngisi qəsbi olsa və suvari halda namaz qılmağa məcbur olmasa, həmin halda qıldığı namaz iradlıdır. Bu hökm müstəhəb namaza da aiddir.
Məsələ 797: Bir şəxs başqası ilə şərikli mülkə malik olarsa, nə qədər ki, payı ayrılmayıb, şərikindən icazəsiz orada namaz qıla bilməz.
Məsələ 798: Xüms və zəkatı verilməmiş pulla mülk alsa, həmin mülkdən istifadəsi haramdır və orada qıldığı namazlar iradlıdır. Mülkün haqqını ödəməyi boynuna götürdüyü halda, həmin məbləği xümsü və zəkatı verilməmiş pulla ödəmək istəsə, vacib ehtiyata əsasən, bu işdən çəkinməlidir.
Məsələ 799: Əgər müəyyən dəlillər əsasında mülk sahibinin razılığı mə’lum olsa, orada namaz qılmaq olar. Bu halda mülk sahibinin dillə razılığı olmaya da bilər. Amma dillə razılıq vermiş sahibin qəlbən razı olmadığı bilinərsə, orada namaz qılmaq olmaz.
Məsələ 800: Xüms və ya zəkat borcu olan ölünün mülkündən istifadə etmək orada namaz qılmaq haramdır. Yalnız onun borcunu verdikdən sonra mülkündən istifadə etmək olar.
Məsələ 801: Xalqa borclu olan meyyitin mülkündə vərəsənin icazəsi ilə namaz qılmaq olar. Bir şərtlə ki, bu istifadə borcluların haqqına mane olmasın.
Məsələ 802: Meyyitin vərəsələrindən bə’ziləri sağır, divanə və ya itkin olarsa, onların mülkündən istifadə və orada namaz qılmaq haramdır. Amma meyyiti götürmək üçün cüz’i istifadənin eybi yoxdur.
Məsələ 803: Mehmanxana və hamam kimi yerlərdə oranın müsafirləri və müştəriləri namaz qıla bilər. Amma xüsusi mülklərdə sahibin icazəsi olmadan namaz qılmaq olmaz. Sahib istifadə icazəsi verdiyi zaman namaz qılınması ilə də razılaşdığı mə’lum olur. Necə ki, bir şəxsi qonaq çağıran şəxs ona namaz qılmaq icazəsi də verəsidir.
Məsələ 804: Hasara alınmamış böyük əkin yerlərində əkin olmadığı vaxt namaz qılmaq, əyləşmək, yatmaq və oradan cüzi istifadə etməyin eybi yoxdur. Həmin yerin yaşayış məntəqəsinə yaxın və ya uzaq olmasının fərqi yoxdur. Onun sahibləri yaşlı və ya az yaşlı şəxslər ola bilər. Amma əkin sahəsinin sahibi aydın şəkildə bildirsə ki, razı deyil və ya onun qəlbən razı olmadığını bilsək, həmin yerdən istifadə etmək haramdır, namaz qılınmasına irad var.
Məsələ 805: Əgər namaz qılan şəxsin namaz qılmaq istədiyi yer hərəkətli olarsa, yə’ni həmin şəxs həmin yerdə namazın əməllərini adi qaydada yerinə yetirə bilməzsə, onun namazı batildir. Beləcə, gəmidə, qatarda və bu kimi başqa yerlərdə namazın əməllərini düzgün yerinə yetirmək düzgün olduqda bunun eybi yoxdur. Vaxt darlığından və ya başqa bir zərurətdən gəmi, aftomobil və bu kimi hərəkətli bir yerdə namaz qılmağa məcbur olduqda imkan həddində daim dəyişən qiblə tərəfə dayanmaq lazımdır. Namaz qılan şəxs dəyişən qibləyə doğru hərəkət etdiyi vaxt namazın mətnindən deməməlidir.
Məsələ 806: Arpa, buğda və bu kimi dənli bitkilər xırmanında bir qədər hərəkət olsa da, namazın vacib əməllərini yerinə yetirmək mümkünsə namaz qılmaq olar.