مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 634Vaxt darlığında

Vaxtın dar olmasında şəkk

Məsələ 634: Bir şəxs vaxtın dar olub-olmadığını bilməzsə dəstəmaz almalı və ya qüsl verməlidir. Amma vaxtın az olduğunu bildikdə dəstəmaz və qüsl verəcəyi halda namazın vaxtının ötəcəyindən qorxarsa təyəmmüm etməlidir.

مسئله شماره 635Vaxt darlığında

Vaxt darlığına görə təyəmmüm

Məsələ 635: Bir şəxs vaxt dar olduğu üçün təyəmmüm edib namaza başlasa, namaz arasında ixtiyarında olan su əlindən çıxsa, sonrakı namazları həmin təyəmmümlə qıla bilər.

مسئله شماره 636Vaxt darlığında

Namazı müstəhəb əməllərsiz qılmaq

Məsələ 636: Dəstəmaz aldıqda və ya qüsl verdikdə iqamə və qunut kimi müstəhəblərsiz namazı vaxtında qılacağını bilən şəxs bu işi görməlidir. Hətta əgər surə “İxlas” oxumağa vaxt olmasa namazı dəstəmazla həmin surəsiz qılmalıdır.

مسئله شماره 638Təyəmmüm səhih olan şeylər

Əhəng daşına və s. təyəmmüm

Məsələ 638: Əhəng daşı, mel daşı, mərmər, qara daş və bu kimi şeylərə təyəmmüm etmək olar. Əqiq və firuzə daşı kimi cəvahirata təyəmmüm batildir. Vacib ehtiyat budur ki, bişmiş mel və əhəngə, eləcə də kərpic və saxsıya təyəmmüm edilməsin.

مسئله شماره 639Təyəmmüm səhih olan şeylər

Toza təyəmmüm etmək

Məsələ 639: Əgər yuxarıdakı məsələlərdə adı çəkilən şeylər tapılmasa, libas və bu kimi şeylərin üzərindəki toza təyəmmüm etmək olar; toz da tapılmasa, gilə təyəmmüm etmək olar. Gil də tapılmasa vacib ehtiyat budur ki, namaz təyəmmümsüz qılınsın, sonradan qəzası yerinə yetirilsin. Namazı dəstəmaz və təyəmmümsüz qılmağa məcbur olan şəxs “faqidut-təhureyn” adlanır.

مسئله شماره 639Təyəmmüm səhih olan şeylər

Dəstəmazsız və təyəmmümsüz

Məsələ 639: Əgər yuxarıdakı məsələlərdə adı çəkilən şeylər tapılmasa, libas və bu kimi şeylərin üzərindəki toza təyəmmüm etmək olar; toz da tapılmasa, gilə təyəmmüm etmək olar. Gil də tapılmasa vacib ehtiyat budur ki, namaz təyəmmümsüz qılınsın, sonradan qəzası yerinə yetirilsin. Namazı dəstəmaz və təyəmmümsüz qılmağa məcbur olan şəxs “faqidut-təhureyn” adlanır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی