Müsəlmanlardan iki dəstə vuruşanda musəlmaanın vəzifəsi
Məsələ 1562: Bir qrup müsəlman ayrı bir qrupun əleyhinə təcavüz etsə, təcavüzkarın qarşısı alınmalıdır ki, Allahın hökmünə baş əysinlər. Əgər müsəlmanlar bu arada qənimət əldə etsələr, onu şəxsi malları hesab edə bilməzlər. Gərək onu saxlasınlar və vaxtında sahiblərinə qaytarsınlar. Bir halda ki, əgər bu qənimətlər onların əlində olduğu halda yenidən təcavüzə və fəsada səbəb olarsa, şəriət hakiminin icazəsi ilə, ondan düzgün istifadə olunar.