Namazqılanın üstündə mirvarid və mum
Məsələ 756: Namaz qılanın üstündə mirvari və ya mum olarsa bu vəziyyətdə namaz qılmaq olar. Amma əti haram olan heyvandan götürülmüş sədəf düymə ilə namaz qılmağın eybi var.
Məsələ 756: Namaz qılanın üstündə mirvari və ya mum olarsa bu vəziyyətdə namaz qılmaq olar. Amma əti haram olan heyvandan götürülmüş sədəf düymə ilə namaz qılmağın eybi var.
Məsələ 757: Əgər insan şəkk etsə ki, əynindəki libas əti halal, yoxsa haram olan heyvanın tükündən və yunundandır, qıldığı namaz düzgündür. Bu libasın ölkə daxilində və ya xaricində hazırlanmasının fərqi yoxdur.
Məsələ 758: Plastik maddələrdən hazırlanmış sü’ni dərilərlə namaz qılmaq olar. Bir şəxs öz üzərindəki dərinin sü’ni və ya təbii olduğuna şübhə edərsə, həmin dərinin əti haram, ya ölü heyvan dərisi olduğunu bilməzsə, bunun da eybi yoxdur.
Məsələ 759: Vacib ehtiyata əsasən, sar və səncab (dələ) dərisindən namazda çəkinmək lazımdır.
Məsələ 761: Kişilərin qızıl üzük taxması, qızıl saat vurması, üzərində qızıl zinət gəzdirməsi haramdır. Bu zinətlərlə qılınan namaz batildir. Vacib ehtiyata əsasən, qızıldan hazırlanmış eynəkdən də çəkinmək lazımdır. Amma bütün bunlar istər namazda, istər namazdan başqa vaxtlarda qadınlara halaldır.
Məsələ 762: Kişilərdə qabaq dişin zinət məqsədi ilə qızıldan olması həm namazda, həm də namazdan başqa hallarda eyiblidir. Bu işi yalnız çarəsizlikdən görmək olar.
Məsələ 760: Kişilərin qızıl saplı libasla qıldığı namaz batildir. Amma qadınlar israf sayılmasa, belə bir libasla namaz qıla bilər. Namazdan başqa vaxtlarda da kişilərin bu qəbil libas geyinməsi haram sayılır.
Məsələ 767: Çıxılmaz vəziyyətə düşdükdə ipək və qızıldan hazırlanmış, qəsbi, ölü heyvan hissələrindən düzəldilmiş libaslardan istifadə etmək olar. Çıxılmaz vəziyyətdə həmin libaslarla namaz da qılmaq mümkündür.
Məsələ 768: Əgər insanın murdarlanmış, ipək, qızıl saplı libasdan başqa bir libası yoxsa həmin libasla namazını qılmalıdır. Amma libası qəsbi olduqda və çılpaq namaz qılmağa şərait yarandıqda çılpağın hökmünə əməl etməlidir.
Məsələ 764: Bir libasın xalis ipəkdən və ya başqa bir şeydən olması mə’lum deyilsə, onu geymək olar və bu libasla qılınan namaz dügzündür.
Məsələ 765: Kişinin cibində ipək və bu kimi başqa bir dəsmal olsa haram deyil və bu halda namaz batil olmur.
Məsələ 766: Əgər libas ipəklə başqa bir şeyin qatqısından hazırlanarsa bunun eybi yoxdur. Amma həmin qatqıda ikinci şeyin miqdarı hesaba alınmayacaq qədər az olarsa, bu libas icazə verilmir.