Varis anadanbir bir neçə əmi və ya bir nəçə bibi olarsa
Məsələ 2381: Əgər varis anadanbir bir neçə əmi və ya bir neçə bibi olarsa, mal onlar arasında bərabər bölünür. Amma əgər təkcə bir neçə anadanbir əmi və bibi olarsa, vacib ehtiyata əsasən, mal bölgüsündə razılaşmalıdırlar.