مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 723Qibləni müəyyən etmək

Əgər qibləni müəyyən etmək üçün yol olmasa

Məsələ 723: Əgər qibləni tapmaq üçün bir yol olmasa, dörd səmtdən hansının qiblə olduğu bilinməsə, üzü bir tərəfə dayanıb namaz qılmaq bəs edər. Amma müstəhəb ehtiyata əsasən, namaz hər dörd tərəfə üz tutmaqla qılınsın. Əgər iki və ya üç tərəfin qiblə olması ehtimalı varsa, yalnız onlara doğru dayanıb namaz qılmaq lazımdır.

مسئله شماره 746Qəsbi olmasın

Qəsbi paltarla namaz qılanlar

Məsələ 746: Namaz qılan şəxsin libası vacib ehtiyata əsasən, mübah, halal olmalıdır. İnsan bilərəkdən qəsbi libasla namaz qılsa, (hətta libasda bir sap və ya bir düymə qəsbidirsə) namazını təzələməlidir. Amma libasın qəsbiliyini bilmədən qıldığı namazlar düzgündür. Əgər libasın qəsbi olduğunu bilib sonradan yaddan çıxararsa, (əgər libası qəsb edən özüdürsə yə’ni qəsb edib, sonra onu yaddan çıxarmışsa) həmin libasla qıldığı namazları vacib ehtiyata əsasən, təzələməlidir.

مسئله شماره 749Qəsbi olmasın

Xümsü və zəkatı verilməyən geyimlə namaz qılmaq

Məsələ 749: Əgər xümsü və ya zəkatı verilməmiş pulla libas alıb həmin libasla namaz qılarsa bu namaza irad var. Əgər nisyə libas alıb müamilə zamanı bu fikirdə olarsa ki, borcunu xüms və zəkatı verilməmiş pulla ödəsin və ya ümumiyyətlə ödəməsin, namazına irad var.

مسئله شماره 752Ölü heyvanın hissələrindən olmasın

Dəri paltarla namaz

Məsələ 752: Müsəlman bazarından alınmış dəri paltarla namaz qılmaq olar. Hətta həmin heyvanın şər’i qaydada zibh edilib-edilməməsinə şübhə olsa da, bunun eybi yoxdur. Amma dərinin qeyri-İslami məmləkətdən gətirildiyinə yəqinlik olsa, həmin dəri üstündə olan halda namaz qılmaq olmaz. Əgər satıcı lazımınca araşdırma aparmayan biganə bir şəxsdirsə, ondan alınmış dəri mə’mulatla da namaz qılmaq düzgün deyil. Amma bir şəxs öz üzərindəki dərinin İslami, ya qeyri-İslami məmləkətdən gətirildiyini bilməsə, həmin dəri ilə namaz qılmaq olar.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی