Vacib həcc ya namaz ya da orucla bağlı vəsiyyət etmək
Məsələ 2330: Özündə ölüm nişanələri görən şəxs dərhal xüms və zəkat kimi borclarını ödəməlidir. Ödəyə bilməsə öz malından və ya öz malı olmadıqda yaxınları tərəfindən borcun ödənməsi ilə bağlı vəsiyyət edir. Əgər öhdəsində vacib Həcc, qəza namazı və orucu varsa, vacib ehtiyata əsasən, bu barədə vəsiyyət etməlidir. (Bu barədə icarə namazı və orucu haqqında danışılarkən açıqlama verildi.)