Həccə yazılmaq üçün və bu kimi işlər üçün verilən pulun xümsü
Məsələ 1503: Qeyd edildiyi kimi, Həcc və ya müstəhəb ziyarətlərin xərci həmin ilin gəlirindən sayılsa, xümsü yoxdur. Əgər çarəsizlik üzündən bir neçə il öncə (ziyarətə getmək üçün) ad yazdırıb, pulunu ödəsə, həmin ilin gəlirindən hesab olunur, (o pulun) həm o ildə və həm də sonrakı illərdə xümsü yoxdur.