مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1493Qazanc və işdən gələn mənfəət

Satmaq üçün bağ salmaq

Məsələ 1493: Əgər qiyməti bahalanandan sonra satmaq məqsədi ilə bağ salsa, onun satış vaxtı yetişdikdə xümsünü ödəməlidir. Amma məqsədi meyvəsindən istifadə etmək olsa, meyvələrin xümsünü verməlidir. Bağın xümsünü isə satan vaxt verəcək.

مسئله شماره 1497Qazanc və işdən gələn mənfəət

Yaşayış xərclərinə xüms düşmür

Məsələ 1497: Məişət xərclərinin xümsü yoxdur. Yəni, insanın il boyu yemək, geyim, mənzil, ev avadanlıqları, izdivac, qızın cehizliyi, vacib və müstəhəb ziyarətlər, hədiyyə, ziyafət və bu kimi şeylər üçün ifrat etmədən xərclədiyi qazancın xümsü yoxdur. Lakin, ilin sonuna qalan artıq qazancın xümsü var. İlin xərcinə çevrilən şeylərin, məsələn, ev, xalça, ayrı avadanlıqların xümsü yoxdur. Əgər sonradan onu satsalar onun qiymətinə xüms düşməz. Xüsusi ilə əgər onu onun kimi bir şeylə əvəz etmək istəsələr.

مسئله شماره 1499Qazanc və işdən gələn mənfəət

Yaşayış evinə xərclənən mal-pul

Məsələ 1499: Mülki evə ehtiyacı olan şəxsin ev alması üçün xərclədiyi pulun xümsü yoxdur. Lakin, illik gəliri ev alması üçün kafi olmadıqda və bu imkana çatmaqdan ötrü bir neçə il pul yığsa, bir il keçəndən sonra bu pulların xümsü verilməlidir. Amma, misal üçün, ilin əvvəlində ev üçün torpaq, sonrakı ildə evin avadanlıqlarını və üçüncü ildə evin tikinti xərclərini ödədiyi halda heç birinin xümsü yoxdur.

مسئله شماره 1499Qazanc və işdən gələn mənfəət

Yaşayış evi almaq üçün yığılan pul

Məsələ 1499: Mülki evə ehtiyacı olan şəxsin ev alması üçün xərclədiyi pulun xümsü yoxdur. Lakin, illik gəliri ev alması üçün kafi olmadıqda və bu imkana çatmaqdan ötrü bir neçə il pul yığsa, bir il keçəndən sonra bu pulların xümsü verilməlidir. Amma, misal üçün, ilin əvvəlində ev üçün torpaq, sonrakı ildə evin avadanlıqlarını və üçüncü ildə evin tikinti xərclərini ödədiyi halda heç birinin xümsü yoxdur.

مسئله شماره 1500Qazanc və işdən gələn mənfəət

Cehizin xümsü

Məsələ 1500: Əksər ailələrdə adətən, qızın cehizliyini tədriclə hazırlayırlar. Bu halda, cehizliyin alınmasından bir il ötdükdən sonra xüms ona vacib olur. Lakin, bəzi məntəqələrdə əvvəlcədən cehizlik hazırlanmadıqda eyb sayılırsa və yaxud cehizliyi birdəfəlik hazırlamaq imkansız olduqda, alınan cehizliyin xümsü yoxdur.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی