Öskürmək və ah çəkmək
Məsələ 1015: Hətta bilərəkdən öskürmək, ah çəkmək, səbir vurmaq namazı batil etmir. Amma iki hərfdən ibarət və mənası olan “ah”, “of” kimi sözlərin bilərəkdən deyilməsi, vacib ehtiyata əsasən, namazı batil edir.

Məsələ 1016: Namazın istənilən bir yerində Allahın zikrini demək, Quran və dua oxumaq olar. Əgər bir şəxs Allahı zikr etmək məqsədi ilə misal üçün “Əllahu əkbər” cümləsini deyərsə və bu sözü deyən zaman ətrafdakılara nəsə anlatmaq üçün səsini ucaldarsa, eybi yoxdur. Lakin dua və zikrləri qeyri-ərəb dilində demək icazəli deyil.
Məsələ 1017: Savab və ya ehtiyat üçün Həmd-surənin ayələrini, rüku və səcdənin zikrlərini, təsbihatı təkrarlamağın eybi yoxdur. Amma bunun səbəbi vasvasılıq olarsa, iradlıdır.
Məsələ 1018: Namaz qılan şəxs namaz halında başqasına salam verməməlidir. Amma bir başqası ona salam verərsə salamın cavabını alması vacibdir. Amma namaz qılan şəxs verilən salamı həmin şəkildə almalıdır. Əgər “Əssəlamu ələykə” deyilmişsə, “Əssəlamu ələykə” deyərək cavab vermək lazımdır. Əgər təkcə “salam” deyilmişsə, bu salamın cavabı da təkcə “salam” söyləməkdir.

Məsələ 1019: Təkcə namazda yox, başqa vaxtlarda da salamın cavabını almaq vacib, salam vermək müstəhəbdir. Cavab elə bir şəkildə verilməlidir ki, salama cavab sayılsın. Əgər salamdan sonra fasilə böyük olarsa, verilən cavab salamın cavabı sayılmaz. Əgər namaz qılanın salamı cavab sayılmazsa, bu iş haramdır və cavab vermək vacib deyil.
Məsələ 1020: Namaz qıldığı vaxt verilən salamın cavabını almayan şəxs günaha yol vermişdir. Amma onun namazı düzgündür.
Məsələ 1021: Salamın cavabı elə bir şəkildə verilməlidir ki, salam verən şəxs eşitsin. Amma salam verən şəxs kar olarsa və ya səs-küylü bir şəraitdə salam verərsə, cavabı adi qaydada almaq bəs edər. Ehtiyat müstəhəb budur ki, salam işarə ilə də anladılsın.
Məsələ 1022: Namaz qılan şəxs ona verilmiş salamın cavabını Qur’an ayəsi oxumaq məqsədi ilə yox, cavab məqsədi ilə söyləməlidir.
Məsələ 1023: Namaz qılan şəxsə kişi və ya naməhrəm qadının, hətta yaxşını pisdən seçə bilməyən körpənin salam verməsinin fərqi yoxdur. Salamın cavabını almaq vacibdir.
Məsələ 1024: Əgər salam verənin məqsədi məsxərə və ya zarafatdırsa, eləcə də, salamı düzgün şəkildə vermirsə, onun cavabını almaq vacib deyil. Vacib ehtiyat budur ki, qeyri-müsəlmanın salamını yalnız “salam” və ya “ələykə” şəklində cavablandırsınlar.
Məsələ 1025: Bir şəxs məclisə daxil olub cəmiyyətə salam verərsə, onun cavabını qaytarmaq hamıya vacibdir. Amma bir şəxs salamı alarsa, bəs edər.